Yuxarı

Parislilər maşından düşüb, skulterə minir - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Parisdə sıxlıq, tıxaclar, parklama qiymətlərinin çox baha olması səbəbindən nəqliyyat vasitəsi kimi skulterdən istifadə edənlərin sayı artıb.

Axar.az xəbər verir ki, bu barədə xarici ölkələrdən maraqlı sujetlər hazırlayan teleaparıcı, jurnalist Mir Səməd Parislə bağlı Feysbuk hesabında paylaşdığı statusda bildirib.

Mir Səməd bildirib ki, Parisdə lüks avtomobillər çoxdur və sıxlıq, tıxaclar parklanma qiymətlərini yüksəldib. Bu səbəbdən də əhali avtomobil əvəzinə fərqli nəqliyyat vasitələrindən istifadəyə üstünlük verir:

“Beş dəqiqənin içində maşını evakuatorla apardılar. Burda hər cür nəqliyyat vasitəsi var, motosikl, moped, velosiped, indi də skulter.

Parisdə velosiped kirayəsi artıq o qədər də dəbdə deyil, yerini kirayə elektrik skulterlər tutur. Bu səbəbdən artıq bir neçə şirkət skulterlərin kirayəsi işinə başlayıb”.

Jurnalistin sözlərinə görə, skulter kirayələyən şəxs istədiyi ünvana çatdıqdan sonra kirayələdiyi nəqliyyat vasitəsini istədiyi yerdə atıb gedə bilər:

“Telefondakı proqramla qoşulursan, qiyməti elə də baha deyil, ödədin, kod gəlir, skulter qıfıldan açılır. Daha sonra sür hara istəyirsən, harda kefin istəsə, saxla, at get!

Deməyin ki, oğurlayarlar, kodsuz bir az sürəndən sonra skulter qulaq batıran səs çıxarmağa başlayır”.

Tarix
2018.11.20 / 01:48
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

Prezident Leonid Kalaşnikovu qəbul etdi

66 konqresmenin Bakıya qarşı qərəzli - Çağırışı

Azərbaycan vətəndaşı oldu, ermənilərə "eşşək" dedi - Video

Şeyx delimitasiyaya xeyir-dua verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla