Yuxarı

Paşinyana sərt ismarış: Hanı sehirli çubuğun?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq tərəfdaşlarla münasibətlər təhdid üzərində qurulmur.

Axar.az xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində Ermənistanın Respublikaçılar Partiyasının təmsilçisi Eduard Şarmazanov paylaşıb.

“Bu, oğlanların mübahisəsi deyil ki, İrəvan Minski, Vaşinqtonu, Moskvanı barmağınla təhdid edəsən; bu, Respublika Meydanı deyil ki, insanları Milli Təhlükəsizlik Xidmətiylə qorxudub, onlara barmaq silkələyəsən. Bu, dövlətlərarası münasibətlərdir, burada hər şey diplomatik kanallarla qurulur. Cənab Paşinyan, danışmazdan əvvəl 7 dəfə düşünmək lazımdır. Ona görə ki, bu sözə görə siz yox, erməni xalqı cavab verəcək.

İş yerlərinin bağlanması bizi narahat edir. Alaverdidə 630 nəfər praktik olaraq iş yerini itirib, Amulsardakı investisiya proqramı dayandırılıb. Asfalt çəkmək, Milli Təhlükəsizlik Xidməti vasitəsiylə qorxutmaqla investisiyalar yatırılmır. Paşinyan parlamentdə deyirdi ki, onun sehirli çubuğu var. Əgər o səndə varsa, niyə təqaüdləri, maaşları qaldırıb, investisiyalar gətirmirsən? Cənab Serj Tankyan, sən gəldin, oxudun, bəs indi niyə investisiyalarını gətirmirsən? Kim sizə yatırım etməyə mane olur?” – deyə o bildirib.

Tarix
2018.11.20 / 16:51
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Erməni xalqı müharibəni seçir? - Ekspert

Zəngəzura, Göyçəyə gedən yol - Üç mühüm ssenari…

Mayın 10-da Almatıda nələr müzakirə olunacaq?

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı - Video

Serj, Robert, banan Manukyan indi başqa sifətlə gəlir

Azərbaycanla müharibə etmək istəyirlər? - Simonyan

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Əli Əsədov qərar imzaladı

Müsavatdan Elçibəyə qarşı hörmətsizlik - Foto

Prezident İqor Babuşkini qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla