Qurtuluş Savaşının
qalibiyyətlə bitməsindən sonra, 1922-ci ildə Osmanlı səltənəti ləğv
edilir və sultan Vəhdəttin vətən xaini elan edilir. Lakin Vəhdəttin
kiçik oğlu Məhmət Ərtoğrul ilə gizli şəkildə ingilis gəmisinə
minərək Türkiyəni tərk edir və Maltaya qaçır.
Axar.az tarixi qaynaqlara istinadən xəbər verir ki, 19 may
1919-cu ildə Osmanlı hökuməti bölgədə vəziyyəti nizama salması üçün
Mustafa Kamal Paşanı Samsuna göndərir.
Mustafa Kamal ölkənin bir çox yerlərində mitinqlər təşkil edir
və milli suverenlik ideyasını kütlələr arasında yaymağa
başlayır.
Ölkənin hər yerindən gələn insanlar 23 aprel 1920-ci ildə
Ankarada Böyük Millət Məclisinə toplanırlar. Toplantıda Mustafa
Kamal Paşa "Məclis Başçısı" seçilir.
Onun rəhbərliyi altında Türkiyə Qurtuluş Savaşına başladığını
elan edir.
Xalq və nizamlı ordular İstanbulu işğal edən müttəfiq dövlətlərə
qarşı inamla mübarizə aparırlar.
Lakin Mustafa Kamal Paşanın bu mübarizəsini Osmanlı sultanı
Vəhdəttin üsyan olaraq qiymətləndirir. O, Mustafa Kamal Paşa və
yoldaşlarını vətən xaini elan edib, haqlarında ölüm fərmanı
imzalayır.
Qurtuluş Savaşının qalibiyyətlə bitməsindən sonra 1922-ci ildə
Osmanlı səltənəti ləğv edilir və sultan Vəhdəttin vətən xaini elan
edilir.
Lakin Vəhdəttin kiçik oğlu Məhmət Ərtoğrul ilə gizli şəkildə
ingilis gəmisinə minərək Türkiyəni tərk edir və Maltaya qaçır.
24 iyul 1923-cü ildə İsveçrənin Lozanna şəhərində türk
nümayəndələri ilə müttəfiq dövlətlər arasında sülh müqaviləsi
imzalanır.
Həmin ilin 13 oktyabrında Ankara paytaxt elan edilir.
29 oktyabrda isə Mustafa Kamal Paşa millət vəkilləri ilə
görüşdükdən sonra respublika yaradılması təklifini Türkiyə Böyük
Millət Məclisinə təqdim edir. Məclis təklifi qəbul edir və "Türkiyə
Cümhuriyyəti Dövləti" yaradıldığı elan olunur.
Mustafa Kamal dövlətin ilk prezidenti seçilir.
1925-ci ildən etibarən 29 oktyabr Türkiyədə Cümhuriyyət bayramı
olaraq qeyd olunur.