Yuxarı

ABŞ rəsmisi Türkiyə ilə əlaqələrin soyumasından danışdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psaki Türkiyə-ABŞ ittifaqının pozulduğu haqda yayılan iddialara cavab verib.

Axar.az xəbər verir ki, xanım Psaki yayılan məlumatların həqiqətəuyğun olmadığını bildirib:

"Hər oxuduğunuza inanmayın. Çünki Türkiyə yalnız əhəmiyyətli bir NATO müttəfiqi olmaqla bitmir, eyni zamanda, İŞİD-i zəiflətmək və yox etmək üçün bizim müttəfiqimizdir. Türkiyə ilə bir sıra mövzularda birgə çalışırıq".

Psaki iki ölkə arasında ciddi problemlərin olması iddialarının ABŞ-ın mövqeyi olmadığını dilə gətirib:

"Yayılan məlumatların bu binanın (Dövlət Departamentliyi) fikri, ya da təcrübəsi ilə heç bir bağlılığı yoxdur".
Xatırladaq ki, ABŞ rəsmisinin bu cür bəyanat verməsinə səbəb "Vaşinqton Post" qəzetinin "ABŞ-Türkiyə əlaqələri çat verir" başlıqlı məqaləsi olub.

Məqalədə uzunmüddətli əməkdaşlığın son zamanlarda soyuduğu, İŞİD-ə qarşı mübarizədə Türkiyənin yaxasını bir kənara çəkdiyi deyilib:

"Suriya böhranı ABŞ və Türkiyə arasında getdikcə yaranan böhranı daha da dərinləşdirməkdədir. Bu səbəbdən 60 illik əməkdaşlığın sona çatmasının şahidi ola bilərik. Bəzi qüvvələr artıq bu əməkdaşlığın sona çatdığını düşünür".

Tarix
2014.10.31 / 01:22
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Əli Əsədov qərar imzaladı

Müsavatdan Elçibəyə qarşı hörmətsizlik - Foto

Prezident İqor Babuşkini qəbul etdi

İrəvan cavab verib, Zaxarova guya bilmir...

ABŞ səfiri Şuşaya getdi - Foto

Bakının milli mövqeyi hörmətə layiqdir - Kosaçev

Azərbaycanın Çexiyadan haubitsa alır - Özəllikləri

SSRİ xəritələrinə baxın: o ərazilər Azərbaycanındır!

Dəhliz savaşı qızışır: İran Dehliyə imkan vermir…

Bayramovla Mirzoyanın görüş tarixi dəqiqləşdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla