Yuxarı

Putin “Total” prezidentinin adını əbədiləşdirir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın "Novatek" şirkətinin sədri Leonid Mixelson şirkətin istehsal etdiyi tankerlərdən birinə təyyarə qəzasında həlak olan "Total" prezidenti Kristof de Marjerinin adının verilməsi təklifi ilə çıxış edib.

Axar.az xəbər verir ki, Mixelson bunu Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı deyib.

"Biz gözəl partnyormuz Kristof de Marjerini itirdik. Tankerlərdən birinə onun adının verilməsilə bağlı ailəsinə müraciət etdik. Biz bu layihəni onunla birgə başlamışdıq. Hesab edirəm ki, bu, düzgün qərar olardı. Bu insan dünyada böyük hörmətə layiqdir", - Mixelson deyib.

Vladimir Putin də Mixelsonun fikrini dəstəklədiyini bildirib:

"Çox ləyaqətli insan idi və belə bir şəxsin xatirəsini əbədiləşdirmək çox yaxşıdır. O, çox yaxşı və etibarlı partnyor idi".

Qeyd edək ki, oktyabrın 21-də "Total" neft şirkətinin prezidenti Kristof de Marjerinin olduğu "Falkcon EX50" Vnukovo hava limanında qəzaya uğramışdı. Nəticədə de Marjeri də daxil olmaqla 4 nəfər həlak olmuşdu.

Tarix
2014.10.31 / 12:09
Müəllif
Anar Əhmədov
Şərhlər
Digər xəbərlər

Bakı-Ankara hərbi əməkdaşlığı genişləndirir - Video

Slovakiya baş naziri Bakıda

DTX-nin əməkdaşları “Heydər zirvəsi”ndə - Foto

ABŞ səfiri Füzulidə - Foto

Robert Fiko Azərbaycana gəlir

Erməni xalqı müharibəni seçir? - Ekspert

Zəngəzura, Göyçəyə gedən yol - Üç mühüm ssenari…

Mayın 10-da Almatıda nələr müzakirə olunacaq?

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı - Video

Serj, Robert, banan Manukyan indi başqa sifətlə gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla