Yuxarı

Fransa KİV: “AB sanksiyaları hədəfə dəyməyib”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Birliyi elə geniş sanksiyalar tətbiq edib ki, onlar hədəfdən başqa hər şeyə təsir göstərir.

Axar.az RİA Novostiyə istinadən bildirir ki, bu fikirlər Fransanın həftəlik iqtisadi dərgisi "Economie Matin"də yer alıb.

"Avropa elə sanır ki, Rusiya iqtisadiyyatı sanksiyalardan ciddi zərbə alıb. Lakin AB yəqin unudur ki, ölkə iqtisadiyyatı sanksiyalarıın təətbiqindən əvvəl "ləngiməyə" başlamışdı. Fransanın Rusiyadakı ticarət-sənaye palatasının hesabatına görə, hazırkı eniş prosesi iki il əvvəl start götürüb.

Sanksiyaların tətbiqi Rusiyanı, sadəcə, Asiya ilə iqtisadi əməkdaşlığa təhrik etdi. Avropa mallarını idxal etmək imkanından məhrum olan Rusiyanın aqrosənaye sektoru və avtomobil sənayesi Asiya texnologiyasına müraciət edir. Bu arada sanksiyaların nəticələrini Avropa özü tam mənasıyla hiss edir", - deyə məqalə müəllifi bildirir.

"Bu, absurddur: Rusiya fermer və müəssisələrin avadanlıqlarla təchiz edən Böyük Britaniyanın aparıcı eksportçularından biri Brüsselin sanksiyalarından ciddi ziyan görüb", - həftəlik dərgi Britaniyanın JCB maşınqayırma firmasının baş direktoru Eston Bemfordun sözlərini sitat gətirir.

Avropa Birliyinin sanksiyaları qanuni idi, lakin deyəsən, "bu dəfə də hədəfdən yan keçdi".

Tarix
2014.11.01 / 19:10
Müəllif
Təhminə C.B.
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla