Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
20 Fevral 2019


Rumıniya “sandıq başında”: Ən şanslı namizəd kimdir? - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Rumıniyada növbəti prezident seçkiləri keçirilir.

Axar.az xəbər verir ki, seçkilərdə iştirak etmək üçün 18 milyon vətəndaş seçki siyahısına daxil edilib ki, onlardan 2 milyonu ölkə xaricində yaşayanlardır.

Prezident seçkilərinin keçirilməsi üçün Rumıniyada 18 min 550, ölkə xaricində isə 294 seçki məntəqəsi fəaliyyət göstərir.

Rumıniya Daxili İşlər Nazirliyinin məlumatına əsasən, seçki günü ictimai asayişin mühafizəsi üçün 30 min nəfərlik polis və jandarm qüvvələri cəlb edilib. Prezident seçkilərində ilk turda qalib gəlmək üçün 12 namizəddən biri seçicilərin 50 faizindən çoxunun səsini qazanmalıdır.

Axar.az seçkilərdə kimlərin namizəd olduğunu araşdırıb. Ən şanslı namizədlərdən biri hazırkı baş nazir, sosial-demokratların lideri Viktor Pontadır. Onun Türkiyənin indiki prezidenti Tayyib Ərdoğanla birgə fotosu var. Onun ikinci turda 58 faiz səslə qalib gələcəyi proqnozlaşdırılır.

Növbəti namizəd Klaus Yohannisdir. Alman əsilli siyasətçi Rumıniyanın Sibuya şəhərində bələdiyyə başqanıdır. Seçkilərin ən kreativ və rəngli namizədi - xanım Elena Udreadır. Keçmiş turizm naziri olan xanım Udrea zaman-zaman maqazin jurnallarında açıq-saçıq fotoları ilə gündəmə gəlib.

Həmçinin şansları az qiymətləndirilənlər - keçmiş baş nazir Konstantin Popesku, macar əsilli yazar Hunor Kelemen, OTV sahibi, 2010-cu ildə rüşvət təklif etdiyi üçün həbsdə olmuş Dan Diakenosku, müstəqil namizəd Monika Makevoini qeyd etmək olar. Eyni zamanda, mətbuat indiki rumın prezident Trayan Baseçkunun qızı Elenanı da "bonus namizəd" namizəd hesab edir. Prezident qızı Avropa Parlamentində ölkəni təmsil edir.

Tarix
2014.11.02 / 17:32
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Загрузка...
Digər xəbərlər

ABŞ Kosmik Qüvvələri yaradıldı - Trampdan qərar

Öcalanla bağlı PKK-dan şok qərar: "Lideri" silirlər...

Dəhşətli yanğın: bir ailənin 7 uşağı öldü

Tramp Mun Çje ilə Kim Çeni müzakirə etdi

Uşaq sahibi olan keşişlər üçün gizli qaydalar ifşa oldu

Kiyev torpaqları qaytarmaq üçün hər an... - XİN

Maduronun generalından Trampa sarsıdan cavab

Lavrovdan ABŞ-a: Üç dəfə düşün...

Ərdoğandan Trampa mesaj: Yüksək divar inşa etmək...

İstirahət mərkəzində qar uçqunu: 10-12 insan...

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla