Yuxarı

Rusiyaya görə Macarıstandan izahat tələb edilir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Komissiyası "Cənub axını" qaz kəmərinin tikintisini sürətləndirməyə icazə verən qanun haqqında Macarıstandan izahat tələb edib.

Axar.az İTAR-TASS-a istinadən xəbər verir ki, bu barədə Brüsseldə keçirilən brifinqdə Avropa Komissiyasının nümayəndəsi bildirib.

"Cənub axını" qaz kəmərinin tikintisinin sürətləndirilməsi istiqamətində qanun ölkənin Baş naziri Viktor Orbanomun dəstəyi ilə parlamentdə müzakirəyə çıxarılmışdı. 132 deputat qanunun lehinə, 35-i isə əleyhinə çıxmışdı.

Qanuna əsasən, xarici şirkətlər Avropa Birliyinin qaydalarına riayət etmədən qaz kəmərinin tikintisində iştirak edə bilər. Onlardan boru kəmərinin sonrakı mərhələdə istismarına lisenziya tələb olunmur.

"Cənub axını" layihəsində Rusiya, Macarıstan, Bolqarıstan, İtaliya, Sloveniya, Serbiya və Avstriya təmsil olunur. Qaz kəmərinin birinci mərhələsində işlərin 2015-ci ilin sonuna çatdırılması planlaşdırılır.

Tarix
2014.11.04 / 21:42
Müəllif
Pərviz Həsənov
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla