Yuxarı

Trampdan gizli araşdırma barədə: Möhtəşəm bir gün...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

16:58

FTB 2017-ci ildə ABŞ Prezidenti Donald Tramp və Rusiya əlaqələrini öyrənmək üçün gizli araşdırma başladıb.

Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” nəşri yazıb. Bu addım FTB direktoru Ceyms Kominin qovulmasından sonra başlayıb. Belə ki, Kominin gedişi qurumda böyük narahatlıq yaradıb.

Nəşrin məlumatına görə, Trampa qarşı şübhələr hələ 2016-ci ildə prezident seçkilərinə hazırlıq prosesində üzə çıxıb. Lakin həmin vaxt FTB araşdırmanı təxirə salıb. Kominin qovulması isə yoxlamaların başlaması üçün təkan olub.

***

Məsələ ilə bağlı açıqlama verən Ağ Ev sözçüsü Sara Sanders bunun absurd olduğunu bildirərək, Trampın Rusiyaya qarşı sərt mövqedə olduğunu qeyd edib:

“FTB direktoru Ceyms Komi qovuldu, çünki o, gözdən düşmüşdü. Həmin dövrdə vəzifədə olan köməkçisi Endryu Makkeyb isə yalançı idi və FTB tərəfindən qovuldu. Rusiya və digər xarici ölkələrin ABŞ-ın gözünü qorxutmasına icazə verən sabiq prezident Obamadan fərqli olaraq, Tramp Rusiya məsələsində həqiqətən sərtdir”.

***

ABŞ Prezidenti Donald Tramp da Tvitter hesabında “Nyu York Tayms”ın yaydığı məlumata münasibət bildirib.

O, Ceyms Kominin qovulmasını ABŞ üçün "möhtəşəm" olduğunu bildirib:

“İndi bacarıqsız "Nyu York Tayms"ın FTB-nin rüşvətxor keçmiş liderinin qovulmasından sonra heç bir dəlil olmadan haqqımda istintaq başlatdığını öyrənirəm. Tam bir bayağılıq. Ceyms Komi məsələsi gülməlidir. Hamı onun qovulmasını istəyirdi. Hətta respublikaçılar da, demokratlar da. Onu qovmağım ABŞ üçün möhtəşəm bir gün oldu”.

Tramp hakimiyyətə gəldiyi gündən Rusiyaya qarşı sərt olduğunu bildirərək, gələcəkdə bu münasibətlərin düzələcəyinə ümid etdiyini söyləyib:

“Rusiyaya qarşı keçmiş ABŞ prezidentləri Barak Obama, Corc Buş və Bill Klintondan da sərt davrandım. Bəlkə bütün prezidentlərdən də sərt. Bununla yanaşı, hər zaman dediyim kimi, Rusiya ilə razılıq əldə etmək yaxşı şeydir. Bir gün Rusiya ilə yenidən münasibətlərimizin yaxşı olmasını istəyirəm".

Tarix
2019.01.12 / 20:22
Müəllif
Orxan, Nərmin
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla