Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
19 Mart 2019


Çin-Rusiya ittifaqı: ABŞ üçün “kabus” başlayır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ üçün daha böyük təhdid Rusiya və Çin əməkdaşlığının güclənməsidir.

Axar.az “Nəşnl İnterest” jurnalına istinadən xəbər verir ki, bu iddia ilə ABŞ-ın Milli Maraqlar Mərkəzi çıxış edib. Mərkəzin iddiasına görə, bu ittifaq ABŞ üçün əsl kabusa çevrilə bilər.

Məqalədə Vaşinqtonun Moskva və Pekinin sıx əməkdaşlığını dəyərləndirməməklə kobud səhvə yol verdiyi vurğulanıb:

“ABŞ soyuq müharibədən sonra yaranan əlverişli mövqeni əldən verib. Soyuq müharibə dövründə ABŞ-ın SSRİ və Çin ilə ayrı-ayrılıqda münasibəti Moskva və Pekin arasında olan münasibətdən daha yaxşı idi. Hazırda Rusiya və Çin arasında münasibətlərin yaxşı olmasına rəğmən, Pekin hələ də Moskva ilə alyansın onun Vaşinqtonla iqtisadi əməkdaşlığını güclü şəkildə zəiflədəcəyindən qorxur. Digər tərəfdən, Çin Rusiya ilə iqtisadi əməkdaşlığın dərinləşməsində maraqlıdır. Bununla belə, Pekin Moskvanı Qərbin təzyiqlərindən müdafiə üçün tədbirlər görmək niyyətində deyil. Amerikalı analitiklər uzun illər bu ölkələr arasındakı alyansa skeptik yanaşıblar. ABŞ-ın məntiqsiz addımları bu iki ölkəni sadəcə yaxınlaşdırmağa xidmət edib. Hazırda mövcud olan bu yaxınlaşmaya Vaşinqtonun necə cavab verəcəyi hələ də çətin məsələ olaraq qalır”.

Tarix
2019.01.13 / 12:22
Müəllif
İlkin Həsənov
Şərhlər
loading...
Digər xəbərlər

Krımın varlığı Rusiya üçün təhlükədir - Klimkin

Dünyanın ən bahalı şəhərləri açıqlandı - Siyahı

Venesuela müxalifəti səfirliyi ələ keçirdi

Pompeo İrana qarşı olan ölkələrə gedir

Britaniyada “kölgə daşınmaz əmlak”... – Hesabat

Separatçıların “naziri” Livanda: Kəlbəcərə ermənilər köçürülür

Sərkisyan hələ də Qarabağdadır: Balasanyanla görüş

Cəmilov: Putinin Krımdan çıxması “xarakiri” deməkdir

Dünyanın ən güclüləri: Türkiyə Almaniyanı geridə qoydu

Tramp məni qovmayana qədər... - Pompeo

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla