Yuxarı

Alman elitası ABŞ səfirini rədd edir - Şpiqel

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın hakim elitası hər vasitə ilə ABŞ-ın Almaniyadakı səfiri Riçard Qrenellə görüşdən qaçmağa çalışır.

Axar.az xəbər verir ki, bu məlumatı “Der Şpiqel” jurnalı yayıb. Məlumata görə, səfir faktiki olaraq siyasi təcrid vəziyyətindədir. Buna səbəb kimi isə Qrenellin ölkənin daxili işlərinə müdaxilə cəhdləri göstərilib:

“ABŞ səfirləri hər zaman Almaniyadakı diplomatlar arasında xüsusi yer tutublar. Onlar kansler və Almaniyanın vacib nazirlikləri ilə sıx əlaqədə olublar. Üstəlik, onların dəvətlərinə bütün aparıcı alman siyasətçiləri qatılıblar. Məsələn, ABŞ-ın Almaniyadakı keçmiş səfiri Filip Merfi Almaniyanı tərk edən zaman çoxlu sayda dostları ucbatından öz gedişini qeyd etmək üçün Berlindəki Olimpiya Stadionunu kirayələməli oldu. Qrenell isə tamam ayrı reputasiyanın sahibidir. Almaniya Sosial Demokratlar Partiyasının keçmiş lideri Martin Şults onun vəzifəsinə başladığı gün çıxış edərək, amerikalı diplomatı müstəmləkə zabiti adlandırdı. Şults bunu diplomatın alman şirkətlərinin İrandakı aktivliyi azaltması çağırışına cavab olaraq dedi.

Berlində Qrenell artıq çoxları üçün arzuolunmaz şəxsdir. Hakimiyyətdəki insanlar ondan qaçır, bəziləri isə qapını üzünə bağlayırlar. Yalnız Almaniya üçün Alternativ Partiyası və Xristian Sosial İttifaqından olan bəzi şəxslər onunla görüşmək istəyir”.

Tarix
2019.01.14 / 08:30
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla