Yuxarı

Kreml çevriliş ərəfəsində: Putin Lukaşenkonu hədəf seçir ki...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Putinin reytinqi yox olduğu üçün Belarusla maraqlanır.

Axar.az xəbər verir ki, bunu “Apostrof”a rusiyalı politoloq Andrey Piontkovski deyib.

“Rusiyada çox böyük hadisələr yaşanır. Hakimiyyətin indiki halda təkcə reytinqi düşmür. Rusiya cəmiyyətində indi iki tendensiya vacibdir. Birincisi, Putinin populyarlığının yox olmasıdır. O, hakimiyyətə möhtəşəm xüsusi xidmət orqanı zabiti kimi gəlmişdi və bizi öz evlərimizdə partladan terrorçulardan qorumalı idi. Sonradan Putinlə bağlı mif oliqarxlarla mübarizəyə doğru yönəldi. 2014-cü ildə isə rus torpaqlarının toplanılması mifi yaradıldı. Hazırda bu miflərin hamısı məhv olur. Çünki insanları aldadacaq heç nə qalmayıb və Putinin populyarlığı getdikcə azalır.

İkinci tendensiya isə antiqərb militarist imperiya xarici siyasətinə qarşı çıxanların sayının artmasıdır. Məncə, artıq bu siyasəti əhalinin 65%-i dəstəkləyir. Putin indi küncə sıxılıb və situasiyadan hansısa yeni hərbi avantüra ilə çıxış tapa bilərmi? Buna görə də o, Belarusla maraqlanmağa başlayıb. Belarusun anneksiyasının onu Rusiyada populyar edəcəyi hesablaması yanlış düşüncədir. Bu avantüra ona heç bir siyasi divident gətirməyəcək. Digər tərəfdən, Lukaşenko buna müqavimət göstərəcəyini artıq bəyan edib. Onu isə bu işdə belarusluların böyük hissəsi dəstəkləyir”, – deyə o bildirib.

Onun sözlərinə görə, Belarus hazırda Putinə müqavimət göstərməklə müharibə aparır:

“Hazırda Belarus ordusu, xüsusi xidmət orqanları Rusiya agenturası ilə doldurulub. Eyni şey 2014-cü ildə Ukraynada da yaşanmışdı və Moskva bundan istifadə etdi. Hər bir halda Belarusa savaş açmaq Putinin və hakim klanın şəxsi maraqları baxımından axmaqlıq olardı. Bu, Rusiyada heç kimin xoşuna gəlməyəcək, Belarusda real müqavimətə gətirib çıxaracaq və Qərbin sanksiyalarının güclənməsini şərtləndirəcək. Putin hazırda suqsvanq vəziyyətindədir. 2019-ci ildə maraqlı hadisələrə şahid olacağıq”.

Piontkovski həmçinin Rusiyada yaxın müddətdə dövlət çevrilişi olmayacağını, amma ölkədə yaşanan bütün proseslərin dövlət çevrilişini yaxınlaşdırdığını deyib.

Tarix
2019.01.17 / 18:01
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Nikol "bu həftə müharibə olacaq" dedi - Rusiyadan reaksiya

Paşinyan Stoltenberqlə görüşdü

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla