Yuxarı

Türkiyənin rus elitasını şoka salan addımı - Analiz

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin strateji maraqlarının əsas xəttini qərbyönümlü siyasət təşkil edir.

Bu sözləri Axar.az-a son zamanlar Türkiyənin xarici siyasətində sezilən dəyişikliklərlə bağlı danışan sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloqun sözlərinə görə, son zamanlar Türkiyənin xarici siyasətində Rusiya da önəm kəsb edir:

“Düzdür, Rusiya ilə əlaqələr Türkiyəyə mənfəət gətirir. Bu əlaqələr xüsusən də qardaş ölkənin turizm sektoruna böyük gəlirlər qazandırır. Üstəlik, türk şirkətləri Rusiyadan böyük sifarişlər alıblar. Ancaq buna baxmayaraq, Türkiyənin strateji maraqlarının əsas xəttini qərbyönümlü siyasət təşkil edir. Məsələn, Türkiyənin indiki sənaye bazasının inkişafında Almaniyanın, hərbi sənayesinin formalaşmasında ABŞ-ın rolu danılmazıdır. Bu mənada Qərb dəyərlərinin Türkiyədə oturuşması fonunda Avropa ilə sıx əlaqələr Türkiyənin inkişafına daha çox stimul verəcək”.

Sabiq dövlət müşaviri hesab edir ki, istənilən halda Türkiyə siyasi oriyentasiyasına korrektlərdə ehtiyatlı davranmalıdır:

“Hətta Türkiyə son zamanlar İranla da münasibətlərinin səviyyəsini yüksəldir. Türkiyə siyasi oriyentasiyasını yönləndirərkən ənənəvi siyasətdən qəti dönüşə meyillənməməlidir. Belə ki, NATO ilə inkişaf xətti ilə bərabər, Rusiya ilə bünövrəsi qoyulmuş əlaqələr də qorunub saxlanılmalıdır”.

Politoloq onu da əlavə edib ki, Rusiya son zamanlar Türkiyənin Ukrayna ilə yaxılaşmasından dərin narahatlıq keçirir: “Ukraynaya kəşfiyyat dronlarının satılması qərarı Rusiyada böyük qalmaqala səbəb olub. Zənnimcə, Türkiyə Ankara-Kiyev münasibətlərindən şoka düşən rus dairlərinin hansı məqsədlər güddüyünü diqqətdə saxlayaraq tədbiri əldən verməməlidir”.

Tarix
2019.01.19 / 09:09
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Daha bir istiqamətdə ermənilərin mövqeləri sökülür

İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla