"Putinin taleyi Səudiyyə Ərəbistan ilə ABŞ-ın
əlindədir".
Axar.az xəbər verir ki, bunu rusiyalı müxalifətçi Boris Nemtsov
öz Feysbuk səhifəsində qeyd edib.
O, neftin dəyərinin aşağı düşməsi nəticəsində Rusiyanın mənfi
fəsadlarla üzləşdiyini bildirib:
"Onlar müttəfiqdirlər, lakin neft istehsalında rəqibdirlər.
Amerikalıların şist neftinin çıxarılmasını öyrənməsi və onların
bazardan uzaqlaşdırılması Səudiyyə Ərəbistanının heç də ürəyincə
deyil. Ona görə də neftin qiymətini aşağı saldılar. İran da neftin
qiymətini aşağı salacaq. Bu mənada neftin bareli 60 dollar olacağı
halda, dolların dəyəri 60 rubldan yüksək olacaq. Belə olduğu halda
Rusiya aşağıdakı mənfi nəticələrlə üzləşəcək:
1. İnsanların real gəlirləri aşağı düşəcək;
2. İdxal mallarının qiyməti 50% yüksələcək;
3. Kreditlərin verilməsi qeyri-mümkün olacaq;
4. Rubla olan inam anidən aşağı düşəcək;
5. Həyat səviyyəsi enəcək".