Yuxarı

Türkiyə regional bir gücdür, ABŞ isə... - Poçta

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Makqarkın Türkiyə ilə bağlı açıqlaması ABŞ-ın Suriyadakı uğursuzluqdan duyduğu qəzəbdən qaynaqlanır.

Axar.az xəbər verir ki, bunu rusiyalı siyasi ekspert Yuri Poçta bildirib.

"Makqark vəzifəsinin öhdəsindən gələ bilmədi və getdi, eynisini ABŞ da edir. Əsgərlərini geri çəkərək Suriyadakı varlığına yeni bir əsas qazandırmağa çalışır. Burada iki ölkə arasında rəqabət var. ABŞ Suriya da daxil olmaqla, bütün ölkələri idarə etmək istəyən qlobal imperialist ölkədir, Türkiyə isə regionda mövcud olan təhdidlərdən öz torpaqlarını qorumaq istəyən regional gücdür", - Poçta vurğulayıb.

O qeyd edib ki, Türkiyə dünyanın dörd bir tərəfində müttəfiqlərini yolda qoyan ABŞ-a artıq güvənmir.

Qeyd edək ki, bir müddət öncə ABŞ-ın İŞİD-lə mübarizə üzrə koalisiyasının xüsusi nümayəndəsi Bred Makqark Türkiyənin "etibarsız tərəfdaş" olduğunu bildirmişdi.

Tarix
2019.01.22 / 08:45
Müəllif
Pərviz Həsənov
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla