Yuxarı

Nəsiminin dəfn olunduğu şəhər yer üzündən silinir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyanın Hələb şəhəri dünyanın gözü önündə məhv olur.

Axar.az xəbər verir ki, müxaliflərin əlində olan şəhərlə tək əlaqə xətti olan 4 kilometrlik dar dəhliz Əsəd qoşunları tərəfindən mühasirəyə alınıb. Qoşunların şəhəri ələ keçirməsinin an məsələsi olduğu bildirilir.

Hələbdə təxminən 300 min adamın mühasirəsidə olduğu bildirilir. Şəhərdə uzun müddətdir ki, elektrik və su çatışmazlığı yaşanır.

Əsəd qoşunları mühasirədə saxladığı Hələbə dərman və qida maddələrinin girişinə icazə vermir. Ordu bu yolla şəhəri təslim olmağa məcbur etməyə çalışır. Hələb sakinləri canlarını xilas etmək üçün şəhərdən qaçmağa çalışır.

Hələbdə qarşıdurmalar daha çox şəhərin köhnə məhəllələrində və şimalında baş verir. Şəhəri müdafiə edən müxaliflər isə öz aralarında bölünmüş vəziyyətdədirlər. Azad Suriya Ordusu, Nusra Cəbhəsi və İslami Cəbhə arasında koordinasiyanın olmaması dövlət qüvvələrinin işini asanlaşdırır.

Hələbin təslim olmasının Qərb ölkələrinin də dəstəklədiyi müxaliflər üçün ağır bir zərbə olacağı və Suriyada bütün tarazlıqların dəyişəcəyi bildirilir.

2 ildir Suriyada müharibəni izləyən jurnalist Françeska Borri də şəhərin tamamilə məhv olduğunu deyib:

''Artıq Hələb adlı bir yer yoxdur. Şəhər məhv olub və hər yer dağıdılıb. Tarixi memarlıq abidələri də məhv edilib. Artıq fiziki olaraq var olmayan bir şəhərdən danışırıq".

Qeyd edək ki, böyük Azərbaycan şairi İmadəddin Nəsimi də Hələbdə dəfn olunub və onun qəbri də məhv olmaq təhlükəsiylə qarşı-qarşıyadır.

Tarix
2014.11.12 / 20:29
Müəllif
İlham Sahiloğlu
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla