Yuxarı

Fransızlar İstanbulda bakılılara təlim keçəcək – Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Metropoliteni QSC-nin nəzdində yaradılmış təlim-tədris mərkəzinin ilk müdavimləri Türkiyəyə yola düşüblər.

Axar.az xəbər verir ki, təlim-tədris mərkəzində tədris prosesinin 3 mərhələdən ibarət olması nəzərdə tutulub.

Bakı Metropoliteni QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev Axar.az-a qurumun nəzdində yaradılmış təlim-tədris mərkəzinin əhatə dairəsini genişləndirdiyini bildirib:

"Artıq mərkəzin ilk müdavimləri Türkiyəyə yola düşüblər. Xəbər verildiyi kimi, Fransanın "Thales SA" şirkəti ilə bağlanmış müqaviləyə uyğun olaraq, Bənövşəyi xəttə tətbiq ediləcək SCADA (supervisory control and data acquisition – dispetçer idarəetməsi və məlumat bazası) və CBTC (Communications-based train control - kommunikasiya əsaslı qatar nəzarəti və idarəetməsi) sistemlərinin öyrənilməsi ilə bağlı təlim-tədris mərkəzində kurslara başlanılıb. Fransız mütəxəssislərin keçdiyi iki həftəlik məşğələlərdən sonra "Bakı Metropoliteni" QSC-nin 6 nəfərdən ibarət müdavimi Türkiyənin İstanbul şəhərində növbəti kurslara başlayıb. Məşğələlər "Thales SA"-nın İstanbul metropolitenindəki tədris mərkəzində davam etdirilir. Bununla da 3 mərhələdən ibarət tədris prosesi ikinci mərhələsinə qədəm qoyub.

Üç həftə ərzində Bakı metropoliteninin nümayəndələri yeraltı magistraldakı mövcud işarəvermə və rabitə sistemlərini yeni tikilən sahələrdə əvəz edəcək CBTC sisteminin işi ilə praktiki surətdə tanış olacaqlar. Qrupun üzvləri elektronika, informatika sahəsində bilik və müəyyən iş təcrübəsi olan mütəxəssislərdir. İstanbul metrosunda məşğələlər başa çatdıqdan sonra tədris prosesinin 3-cü mərhələsi başlayacaq. Məşğələlər yanvar ayında Kanadanın Toronto metropolitendə keçiriləcək. Kurslarda əldə edilən biliklərdən sonradan metropolitençi kadrların peşə hazırlığında, yeni texnologiyaların mənimsənilməsində istifadə olunacaq. Tədris prosesini başa vuran mütəxəssislər aldığı bilikləri metropolitençi həmkarları ilə bölüşəcək, istehsalatda birbaşa vəzifələrini icra etməklə yanaşı, təlim-tədris mərkəzinin işində, yeni texnologiyalarla işləyə biləcək kadrların hazırlığında iştirak edəcəklər".

Tarix
2014.11.21 / 11:40
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

ABŞ-dan yeni "dalğa": Şuşa açıqlaması və 600 min rüşvət…

Bu ərazilər Ordumuzun nəzarətinə keçdi

Delimitasiya Kirantsa çatdı: kənd bölünür – Foto

Azərbaycanda doğulan erməni nazir axtarışa verdi

Baydenin çıxışı aləmi bir-birinə qatdı

Kiyev yaxın günlərdə Rusiyaya zərbə endirəcək

Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin?

Onlar Paşinyanı devirmək istəyirlər - Torosyan

Rusiya zirehli texnikası Yalamada – Video

Dərs almasaq, yeni müharibə olacaq – Xəbərdarlıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla