Yuxarı

“Rusiyada hakimiyyət dəyişə bilər”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Rusiyada hakimiyyət dəyişə bilər”

"Putin heç bir halda hazırkı xarici siyasi kursundan əl çəkən deyil".

Bu sözləri Axar.az-a analitik Vüqar Zifəroğlu Qərblə konfrontasiya fonunda Rusiyanın xarici siyasət kursunu şərh edərkən deyib.

Onun sözlərinə görə, Putin administrasiyanın özünü bu gün iqtidarda saxlayan səbəb məhz ifrat, radikal xarici siyasət kursu yürütməsidir:

"Nə Avropa, nə də ABŞ iqtisadi nöqteyi-nəzərindən qaz məsələsində Rusiyaya güzəştə gedən deyil. Əksinə, Avropa və ABŞ yeni layihələrlə bağlı konkret alternativ yollar axtarır. Yəni Rusiyadan imtina etmək niyyətindədirlər. Burada başqa bir məqam da var ki, bu, Rusiyanın özündə nələrə gətirib çıxara bilər? Gec-tez bu, Rusiyada sosial partlayışa gətirib çıxaracaq. Hətta bunu isbata ehtiyacı olmayan bir aksiom kimi də qeyd etmək olar. Çünki iqtisadiyyatın çökməsi istənilən ölkənin daxilində sosial partlayışlara gətirib çıxara bilər. Rusiyada indi vəziyyət belədir ki, ölkədə müxalifət getdikcə güclənir. 3-5 il bundan əvvəlki vəziyyətlə Rusiyanın hazırkı daxili güclərinin balansını müqayisə etsək, müxalifət indi daha güclüdür. Bu isə o deməkdir ki, istər Putinin yürütdüyü siyasət, istərsə də onu dəstəkləyən millətçi qüvvələr olsun, hazırkı vəziyyət getdikcə onların nüfuzunun azalmasına gətirib çıxaracaq. Bir ölkənin daxili və xarici siyasəti onun iqtisadi gücündən asılıdır. Bu anlamda Rusiyanın daxilində problemlərin baş qaldıracağı istisna deyil. Düzdür, Rusiyanın özünü ayaqda saxlayacaq resursları var. Ancaq yaxın gələcəkdə olmasa da, bir müddət sonra ölkənin zəifləməsi nəticəsində hakimiyyət dəyişikliyinin baş verməsini də proqnozlaşdırmaq olar".

Tarix
2014.11.22 / 10:08
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla