Yuxarı

“Putin imicini qorumaq üçün harasa hücum etməlidir”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Artıq Putinin müttəfiqləri qalmayıb".

Axar.az xəbər verir ki, bu sözləri əslən Bakıdan olan erməni şahmatçı, rusiyalı müxalif Harri Kasparov Estoniyanın ETV-sinə verdiyi müsahibədə söyləyib.

O, hazırda Lukaşenko və Nazarbayevin də Rusiyanın hər an onları uda biləcəyindən qorxduqlarını deyib:

"Belarusiya və Qazaxıstan da vaxtıyla SSRİ-nin bir hissəsi olub. Bu iki müttəfiq anlayır ki, siyasi cəngəlliklərdə növbəti qurban məhz onlar ola bilərlər. Hazırda böyük müharibə o qədər də inandırıcı deyil. Amma aydındır ki, Putinin imicinin saxlanılması üçün harasa yenidən hücum etmək lazım gələcək. Hücum üçün ən inandırıcı obyekt cənub istiqaməti – Azərbaycan və Gürcüstandır. Putin dünya xəritəsinə neft və qaz kəməri kimi baxır. Onun məqsədi Avropaya gedəcək neft və qaz üçün olan alternativ yolların qarşısının alınmasıdır. Baltika ölkələrinə qarşı açıq aqressiya isə inandırıcı deyil. Putin bilir ki, açıq-aşkar hücum NATO tərəfindən əks reaksiyaya səbəb olacaq".

Qeyd edək ki, Harri Kasparov bir müddət öncə Ukrayna KİV-nə verdiyi müsahibədə də eyni fikirləri bölüşmüşdü.

Tarix
2014.11.27 / 12:03
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla