Yuxarı

Bu ölkə 8 ildən sonra seçkiyə gedir - Səbəb

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tailandda 2011-ci ildən bəri ilk dəfə parlament seçkiləri ilə əlaqədar səsvermə keçirilir.

Axar.az xəbər verir ki, yerli vaxtla səhər 8:00-da səsvermə başlayıb. Təxminən 51 milyon seçici saat 17:00-dək davam edəcək məntəqələrdə səs verə biləcək.

Ölkədə 2011-ci ildə keçirilən sonuncu parlament seçkiləri nəticəsində Tailand tarixində ilk qadın Baş nazir Yinqlak Çinavatın başçılıq etdiyi hökumət hakimiyyətə gəlib.

2014-cü ildə kütləvi etiraz aksiyaları və küçə iğtişaşları fonunda quru qoşunlarının komandanı general Prayut Çan-Oça milli barışıq şüarı ilə ölkədə hərbi çevriliş edib və qanunvericilik səlahiyyətlərinə malik hərbi hökumətin başına keçib.

Konstitusiya ləğv olunub və onun əvəzində müvəqqəti əsas qanun işə salınıb. Daha sonra isə təyin olunan deputatlardan ibarət müvəqqəti parlament və Nazirlər Kabineti yaradılıb. Həmçinin ölkədə bütün növ siyasi fəaliyyətə qadağa qoyulmuşdu.

Tarix
2019.03.24 / 13:03
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla