Yuxarı

Rusiya Türkiyə ilə əməkdaşlığı artırır: Böyük layihə

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya Türkiyə ilə əməkdaşlığı artırır: Böyük layihə

"Xarici siyasət təhlükəsizliklə yekcins deyil. Ola bilsin ki, bir sahədə müəyyən rəqabət var, başqa bir sahədə isə əməkdaşlıq. Bu, həyatda da belədir".

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Rusiya-Türkiyə arasında ciddi əməkdaşlıq var:

"Ticarət mübadiləsi yaxın 5 ildə 100 milyard dollara çatacaq. Xüsusi ilə də enerji əməkdaşlığı var. Rusiya qazı Türkiyəyə satılır. Rusiyadan Türkiyəyə isə böyük turist axını durmadan artır. İndi Rusiya müqaviləyə əsasən, Türkiyədə inşası 20 milyard dollara başa gələcək atom elektrik stansiyası tikəcək. O, başqa məsələdir ki, Suriya münaqişəsinə görə iki dövlət arasında müəyyən fikir ayrılığı mövcuddur və indi Rusiya Qara dənizdə hərbi qüdrətini artırır, bu isə Türkiyəni narahat edir. Amma bu o demək deyil ki, narahatlıq və fikir ayrılığı varsa, Rusiya ilə iqtisadi-enerji əməkdaşlığını azaltmaq və dondurmaq lazımdır. Bu, əsla belə olmayacaq. Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar mənzərəsində Moskvanın Ankara ilə əməkdaşlığa ehtiyacı var. Çünki Rusiya kənd təsərrüfatı məhsullarını Avropadan ala bilməsə də, Türkiyədən əldə edə biləcək. Bu, Türkiyəyə sərf edir. Nəticədə Ankara sanksiyalardan dolayısı ilə istifadə edərək Rusiyaya daha çox mal çıxartmaq imkanı qazanır. Bu, hər iki dövlətin xeyrinədir. Fikir ayrılıqları həmişə olub. Buna görə də anlaşılmazlıqlar əməkdaşlığa maneə olmayacaq".

Tarix
2014.12.01 / 17:52
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Ramiz Mehdiyevin kürəkəninin bahalı avtomobilləri - Foto

Ramiz Mehdiyevin ailə üzvlərinin ölkədən çıxışına məhdudiyyət...

Bu ölkə Bakıya köçürdüyü səfirliyini Tehrana qaytarır

Mehdiyev 7 saat dindirildi - İstintaqa əsa ilə gedib

MM-də Mehdiyev müzakirəsi: Prezidentə ən ağır xəyanət...

Gənclərin öz doğma torpaqlarına qayıtmaları qürurverici haldır

Putin Ramiz Mehdiyevin çevriliş planını niyə ifşa etdi?

Bakının Qəzza prosesində iştirakı ABŞ-ın seçimidir

Prezidentdən Füzuli ilə bağlı paylaşım - Video

Gəncədə törədilən növbəti terrordan beş il ötür

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla