Yuxarı

Bu ölkə prezidentini seçə bilmədi - II tur olacaq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 21-də Şimali Makedoniya Respublikasında keçirilən prezident seçkilərində namizədlərin heç biri yetərincə səs toplaya bilməyib. Səsvermənin ikinci turu mayın 5-də keçiriləcək.

Axar.az xəbər verir ki, bu fikri Azərtac-a müsahibəsində Şimali Makedoniyanın xarici sərmayə üzrə dövlət naziri, bu ölkədə fəaliyyət göstərən Türk Hərəkat Partiyasının sədr müavini Elvin Həsən söyləyib.

Türk Hərəkat Partiyası ilə Sosial Demokrat Partiyasının bir blokda seçkilərə qatıldığını diqqətə çatdıran nazir deyib: “Şimali Makedoniya Respublikasının türk icması olaraq ölkəmizdə birlik və bərabərlik tərəfdarıyıq. Biz ölkəmizdə demokratiyanın inkişafı üçün böyük səylər göstəririk. Hazırkı prezident seçkilərində namizədimiz Stevo Pendarovskidir. Əminik ki, Stevo Pendarovski səsvermənin ikinci turunda seçicilərin əksəriyyətinin etimadını qazanaraq prezident seçiləcək. Hədəfimiz Avropa İttifaqının ən fəal üzvü olmaq, sabitlik və inkişaf yolu keçməkdir. Biz ölkəmizdə hər bir problemin demokratik yolla, ədalətli olaraq çözülməsini istəyirik”.

Nazir Elvin Həsən açıqlamasında Azərbaycana olan böyük sevgisini ifadə edərək bildirib ki, ölkəmizin inkişafı avropalı türklər üçün qürurvericidir. Bütün haqq işində Azərbaycanın və azərbaycanlıların yanındayıq. Hər bir fürsətdə azərbaycanlı qardaşlarımızın hüquq və maraqlarını müdafiə etməyə hazırıq.

Qeyd edək ki, Elvin Həsən Şimali Makedoniya Respublikasının hökumətində təmsil olunan yeganə türk əsilli nazirdir.

Tarix
2019.04.23 / 01:05
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla