Yuxarı

Markov: “Obama Hitler və Napoleondan yaxşıdır”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"ABŞ-a müharibəni qızışdırmaq özünün dünyada dominantlığını yeniləmək üçün lazımdır".

Axar.az "Delfi.lt"yə istinadən xəbər verir ki, bu açıqlama ilə Kremlin nümayəndəsi kimi tanınan rusiyalı politoloq Sergey Markov çıxış edib.

O, Ukrayna böhranının Rusiyaya qarşı edilən müharibənin bir hissəsi olduğunu bildirib:

"Hər şeyi müharibəyə daşımayın. Əgər müharibə başlasa, Latviya, Litva və Estoniya haqqında heç kim heç nə yada salmayacaq. Bu isə sizin üçün çox pis olacaq. Siz niyə bu davanı qızışdırırsınız? Mən sizə açıq deyirəm ki, hazırda biz Litvanın dərdində deyilik. ABŞ-a müharibəni qızışdırmaq özünün dünyada dominantlığını yeniləmək üçün lazımdır. Onlar özlərinin əsas hərbi rəqiblərini silkələməyə çalışacaqlar. Bu isə bizim daha çox zəif olduğumuz iqtisadiyyatda olacaq. Onlar öz dominantlığını əldə edəndən sonra Avropa İttifaqına diktə edib azad ticarət sözlərini amerikanlaşdıracaqlar ki, bu da sizə sərf etməyəcək. Onun ardınca isə öz şərtlərini Çinə yeridəcəklər. Bax onların məqsədi budur. Ona görə də onlar Rusiyaya müharibə elan ediblər. Xoşbəxtlikdən bu müharibə Hitler və Napoleonun etdiyindən daha humanist savaşdır. Sanksiyalar və Ukraynada dövlət çevrilişi bu müharibənin bir hissəsidir".

Tarix
2014.12.12 / 20:41
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla