Yuxarı

Türkiyə millisinə hörmətsizlik edilməsinə - UEFA-dan reaksiya

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyə millisinə hörmətsizlik edilməsinə - UEFA-dan reaksiya

12:33

Türkiyə İslandiyaya nota verib.

Axar.az xəbər verir ki, bu barədə “Hürriyət” yazıb.

Notaya səbəb futbol üzrə Avro-2020-nin seçmə mərhələsi çərçivəsində İslandiya millisi ilə qarşılaşma üçün bu ölkəyə səfər edən Türkiyə millisinə qarşı hava limanında nümayiş edilən xoşəgəlməz rəftar göstərilib.

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun məsələni islandiyalı həmkarı ilə müzakirə edəcəyi bildirilib.

Qeyd edək ki, İslandiyaya səfər edən Türkiyə millisi futbolçularının aeroportda 3 saat saxlanması, bütün əşyaların yoxlanması və onların hər birinə ayrı-ayrılıqda “gəliş səbəbi” barədə suallar verilməsi ciddi narazılıq yaradıb.

***

İslandiyanın bizdən üzr istəməsini gözləyirik.

Bu sözləri AKP-nin millət vəkili Yavuz Subaşı deyib.

O bildirib ki, hava limanında yaşananlar nə idman prinsiplərinə, nə insanlığa, nə də centlmenliyə uyğundur.

Türkiyə millisinin keçmiş oyunçusu Alpay Özalan da məsələ ilə bağlı bunları deyib: "Lazımi cavabı yoldaşlarımız meydanda verəcək. Sakit olub, işimizi görmək bizim birinci dərəcəli vəzifəmizdir".

***

Türkiyə milli komandası iddia edildiyi kimi, hava limanında 3 saat deyil, 80 dəqiqə gözlədilib.

Bu sözlər İslandiya hava limanını idarə edən "İsavia" adlı qurum tərəfindən verilən açıqlamada bildirilib.

Qeyd edilir ki, Türkiyə Avropa Birliyinin üzvü olmadığı üçün təhlükəsizliklə bağlı axtarış aparmaq məcburiyyətində qalıblar:

"Normadan artıq axtarışın səbəbi isə Türkiyə millisinə aid çantalarda çoxlu maye və elektronik əşyaların olması olub".

***

Bu qarşılanmanı UEFA ilə danışdım, onlar da bundan narahat olub. Araşdıracaqlar. Geniş bir hesabatımızı UEFA-ya göndərəcəyik.

Bunu Türkiyə Futbol Federasiyasının rəsmisi Sərvət Yardımcı bildirib.

Tarix
2019.06.10 / 22:35
Müəllif
Orxan Tağıyev
Digər xəbərlər

Mehdiyevin gizli görüşləri, məxfi məlumatların ötürülməsi...

Saxlanılan AXCP-çilərın hamısı azad edildi

Melkonyanın adını daşıyan bir qurum necə təşviq oluna bilər?

ABŞ milli strategiyasını elan etdi - Avropa üçün şok

ABŞ-ın planında Ukrayna üçün böyük təhlükə

Əli Kərimlini hamıdan qabaq, görün, kim müdafiə etdi...

Britaniya Azərbaycana dəstək üçün yeni layihəyə başlayır

Gürcüstanda azərbaycanlı məktəb direktoru saxlanıldı

Koşta yeni razılaşmadan danışdı: Bakı-İrəvan sülhü...

Adnan Əhmədzadənin supermarketi bağlandı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla