Yuxarı

Moldovada siyasi qarşıdurma: Ordu tərəfini seçdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Moldovada siyasi qarşıdurma: Ordu tərəfini seçdi

14:35

Moldova hüquq-mühafizə orqanları hökumət binasını mühasirəyə alıblar.

Axar.az xəbər verir ki, bu məlumatı “Sputnik Moldova” yayıb. Polisin hökumət binasını ictimai asayişin təmini məqsədilə mühasirəyə aldığı bildirilib.

Binanı mühasirəyə alan polislərin sayının bir neçə yüz nəfər olduğu vurğulanıb.

Bu gün həmçinin Moldova Polis Baş Müfəttişliyinin rəhbəri Aleksandr Pınzar hökumətə tabe olmadığı ilə bağlı bəyanat yayıb. Pınzar ölkənın daxili işlər naziri olaraq Andrey Nestaseni yox, keçmiş Baş nazir Filipin kabinetində olan Aleksandr Jizdanı tanıdığını deyib.

Bu bəyanatdan az sonra yeni hökumət Pınzarın istefası haqqında qərar qəbul edib. Onun yerinə polisin rəhbərliyi George Balana tapşırılıb.

***

Moldova ordusu ölkəni cənginə alan siyasi böhrana müdaxilə etmək niyyətində deyil.

Bu barədə Moldovanın Müdafiə Nazirliyi informasiya yayıb.

“Moldova ordusu adi rejimdə fəaliyyətinə davam edəcək, böhrana müdaxilə etməyəcək və siyasi oyunlardan kənarda qalacaq”, - nazirliyin bəyanatında deyilib.

Qeyd edək ki, dünəndən etibarən Moldovadakı siyasi gərginlik özünün ən pik həddinə çatıb. Belə ki, Prezident İqor Dodonun təklifiylə Maya Sandu ölkənin baş naziri seçilib. Bununla da ilk rusiyayönlü və avropayönlü siyasi təşkilatlar ittifaq qura biliblər. Sandunun baş nazir seçilməsinə Dodonun Sosialistlər Partiyası və ACUM Bloku səs verib.

Səsvermədən az sonra Konstitusiya Məhkəməsinə müraciət edən sabiq Baş nazir Pavel Filip (Demokratik Partiya) parlamentin qərarının ləğv edilməsini istəyib. Konstitusiya Məhkəməsi bu qərarı dəstəkləyib və Filipi prezident səlahiyyətlərinin müvəqqəti icraçısı təyin edib. Məhkəmənin belə qərar qəbuluna səbəb isə parlamentin yeni hökuməti 7 iyuna qədər formalaşdırmalı olduğu, amma bunu yalnız 8 iyunda edə bildiyi əsas göstərilib və hökumətin fəaliyyətinin qanunsuz olduğu elan edilib. Filip isə prezidentlik vəzifələrini ələ aldıqdan az sonra parlamenti buraxıb. Sandunun rəhbərlik etdiyi hökumət və parlamentin deputatları Filipi qəbul etmədiklərini, tezliklə buna görə BMT Təhlükəsizlik Şurasına müraciət edəcəklərini bəyan ediblər.

Moldova parlamenti 4 siyasi qüvvədən təşkil edilib. Parlamentdə böyük çoxluq Sosialistlər Partiyası (35) və Demokratik Partiyadadır (30). Onlardan sonrakı yerləri isə ACUM Bloku (26), ŞOR Partiyası tutur.

Tarix
2019.06.10 / 15:07
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Kürd qruplaşmaları azərbaycanlılara çağırış etdilər

Azərbaycan AB-nin xüsusi diqqətinə layiqdir - Leterm

Qasım Süleymani Qarabağda şəbəkə qurmuşdu - Ağabekyan

ABŞ-ın İrana qarşı 2 planı alınmadı - C planı işə düşdü

İran raketlərlə hücum etdi: azərbaycanlılar da yaralandı

İranın bu müharibədə qələbəsi qaçılmazdır - Ekspert

Ölkədə bu heyvan ətlərinin satışına qadağa qoyulur?

Paşinyanla seçkidə yalnız o rəqabət apara bilər

XIII Qlobal Bakı Forumu başa çatdı

Yaxın Şərqdə münaqişə çox uzun çəkəcək, buna hazırlaşın!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla