Yuxarı

ABŞ biznesmeni: "Rusiyaya sanksiyalar işimizi çətinləşdirir"

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Rusiya əleyhinə yeni sanksiyalar paketi Amerika biznesinin sərbəstliyini məhdudlaşdırır və perspektvdə bütöv regionun iqtisadi blokadasına gətirib çıxara bilər.

Axar.az xəbər verir ki, bunu adının açıqlanmasını istəməyən Amerika işgüzar dairələrinin yüksək rütbəli nümayəndəsi "RİA Novosti"yə intervüsündə bildirib.

"Əlbəttə, hazırkı sanksiyalar sırf rəmzi xarakter daşıyır. Çünki Amerika sərmayədarları hüquqi statusu olmayan Krım regionunda işləmək istəmirlər. Ancaq alğı-satqının harada mümkün, harada isə qeyri-mümkün olduğunu göstərən bu tədbirlər paketi Amerika biznesinin seçim azadlığını məhdudlaşdırır", - deyə nüfuzlu ekspert bildirib.

Ekspert qeyd edib ki, dünən ABŞ Administrasiyasının Rusiya əleyhinə qəbul etdiyi yeni fəaliyyət planı Rusiya ilə istənilən işbirliyində sanksiyalar rejiminin pozulması hallarını tapmağa imkan verir. Onun sözlərinə görə, əgər de-fakto Krım Rusiyanın bir hissəsidirsə, onda amerikalı biznesmenlərin Rusiya şirkətləri ilə əlaqələrinin hansısa hissəsinin Krıma aidiyyəti olub-olmadığını necə müəyyənləşdirəcəkləri qətiyyən aydın deyil.

Ekspertin fikrincə, bu, Amerika konsernlərinin nəinki təkcə Rusiya, ümumilikdə həmin regionla iş görmək istəyini soyudacaq.

Tarix
2014.12.21 / 01:34
Müəllif
Təhminə C.B.
Şərhlər
Digər xəbərlər

Ermənilərin türklərə qarşı soyqırımı... – Yeni xəritə

Azərbaycan nefti və qazı Avropaya uzun illər lazım olacaq

Sülhməramlılar Laçından Ermənistana keçdi - Video

İranlı nazir Azərbaycana gəlir

İlham Əliyev Datuk Mutanq Taqalı qəbul etdi

İki deputatımızın rüsvayçı açıqlaması: Nikol sevinir - Video

Prezident Yan Vanmini qəbul etdi

Ermənistan ordusu iyuna qədər... - Araik hansı sirləri açıb?

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla