Yuxarı

Kral ailəsinə İŞİD xəbərdarlığı - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyanın kəşfiyyat xidməti İŞİD terror qruplaşmasının şahzadə İkinci Yelizavetanın qvardiyasına hücum edə biləcəyi haqqında xəbərdarlıq edib.

ANS-in məlumatına görə, Britaniya kəşfiyyat xidməti bir internet-yazışmanı ələ keçirib. Yazışmada kral ailəsinin üzvünü qaçırmağın çox çətin olduğunu bilən İŞİD terror qruplaşmasının qvardiya mühafizəçilərindən birini qaçırıb öldürmək niyyəti üzə çıxıb. Terrorçular hərbçini öz ölkəsində öldürməyin daha güclü təhlükə siqnalı ola biləcəyini düşündükləri üçün belə etmək istəyirlər. Bundan başqa, terroçuların hədəfi saray ətrafındakı sadə insanlar da ola bilər deyə, polis insanları da ayıq-sayıq olmağa çağırır.

Terror təhlükəsi ilə əlaqədar kral ailəsinin mühafizəsində daha ciddi tədbirlər görülüb. Hətta bəzi qvardiya mühafizəçiləri öz duruş mövqelərini də dəyişiblər. Belə ki, mühafizəçilər əvvəllər sarayların xaricində - ümumi istifadə olunan küçədə dururdular. İndi isə onlar sarayların daxilində mühafizədə dururlar. Həmçinin bildirilir ki, qvardiya mühafizəçilərinə polisdən olan silahlı qarovul da kömək edəcək.

Tarix
2014.12.28 / 12:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla