Yuxarı

Karpenter: Rusiya Gürcüstanı işğal edir, İvanişvili isə...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcü Arzusu Partiyası əvvəldən etibarən Rusiya ilə münasibətlərin normallaşdırılmasına yatırım edib.

Axar.az xəbər verir ki, bunu ABŞ-ın keçmiş vitse-prezidenti Cozef Baydenin müşaviri Maykl Karpenter “Əlcəzirə” televiziyasına müsahibəsində deyib.

“2008-ci il müharibəsindən sonra bu hökumət Rusiya ilə münasibətlərin normallaşdırılmasına yatırım edir. Ölkəyə milyonlarla rusiyalı turist gətirilir, biznes və ticarət münasibətləri genişləndirilir, rusiyalılara Gürcüstanda daşınmaz əmlak almağa izn verilir. Bir tərəfdən bu işə yaradı, digər tərəfdən isə biz Rusiyanın Gürcüstanda təsirini artırdığını görürük. İndi bu aksiyalardan sonra Putin Rusiya turistlərinin Gürcüstana axını dayandırmaq qərarını verdi ki, bunun da iqtisadiyyat üçün nəticələri olacaq. Bu, gürcülərdə sual yaratdı ki, biz Rusiya təsirinə qarşı bu qədər zəif olmağı istəyirikmi? Yoxsa iqtisadiyyatın diversifikasiyası, digər bazarlar, turizm üçün digər mənbələr önəmlidirmi?”- deyə o bildirib.

Onun sözlərinə görə, gürcü ictimaiyyəti məhz bu normallaşma siyasətinə etiraz edib.

Karpenter Rusiyanın işğal olunmuş əraziləri genişləndirdiyini, amma bununla belə hökumətin Moskva ilə münasibətləri normallaşdırmağa davam etdiyini bildirib.

Tarix
2019.07.16 / 20:34
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna müvəffəq oldular - Rus general

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

Əliyevin Türkiyə və Ermənistanla bağlı bu istəyi... - Başbuğ

Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir - Deputat

İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi

Bakının razılıq verdiyi Astana təklifinə İrəvandan reaksiya

Türkiyə-Rusiya Monitorinq Mərkəzi bağlandı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla