Yuxarı

Tramp Qrenlandiyanı almaq istəyir – Şok iddia

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp Qrenlandiyanı satın almaq istəyir.

Axar.az xəbər verir ki, bu məlumatı “Vol Strit Jurnal” qəzeti özünün Ağ Evdəki mənbələrinə istinadən yayıb. Qəzet prezidentin öz müşavirlərinə ABŞ-ın Qrenlandiyanı ala bilmə imkanları barədə dəfələrlə suallar verdiyini və maraqla adanın resursları, geosiyasi əhəmiyyəti, eləcə də ABŞ-ın Arktikada hərbi mövcudluğunu genişləndirməsi imkanları haqda müzakirələri dinlədiyini bildirib. Artıq Trampın bəzi müşavirlərinin onun ideyasını dəstəklədiyi, bəzilərinin isə prezidentin bu fikrini müvəqqəti həvəs hesab etdikləri vurğulanıb.

“Vol Strit Jurnal” Vaşinqtonun Qrenlandiyanı almaq istəyinin yeni olmadığını yazıb. Belə ki, II Dünya müharibəsindən sonra Prezident Harri Trumenin də bu iddia ilə çıxış etdiyi və adanı almaq üçün Danimarkaya 100 milyon dollar təklif etdiyi, amma rəsmi Kopenhagendən rədd cavabı aldığı qeyd edilib. Bundan öncə isə ABŞ Dövlət Departamenti hələ 1867-ci ildə adanın ABŞ-a birləşdirilməsi imkanlarını tədqiq edib.

Qeyd edək ki, Qrenlandiya hazırda Danimarkaya məxsusdur.

Tarix
2019.08.16 / 10:23
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla