Yuxarı

Daha bir ərəb ölkəsi qarışır: İki siyasi fəal edam edildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Daha bir ərəb ölkəsi qarışır: İki siyasi fəal edam edildi

Bəhreyndə iki siyasi fəalın edam edilməsi ölkə daxilində olduğu kimi, beynəlxalq təşkilatların da narazılığına səbəb olub.

Axar.az xəbər verir ki, siyasi fəallar Əli əl-Ərəb və Əhməd əl-Melal kütləvi aksiyalara rəhbərlik edərək hökumətdən islahatlar aparmasını tələb edirdilər. Onlar terrorçularla əməkdaşlıqda ittiham edilərək ölüm hökmünə məhkum edilmişdilər. Məhkəmənin qərarı dərhal icra edilib ki, bu da ölkədə etirazlara səbəb olub.

Avropa İttifaqı Bəhreynin Brüsseldəki səfirinə etiraz məktubu ünvanlayıb. Məktubda Bəhreyn hakimiyyətindən tələb olunur ki, müxtəlif bəhanələrlə siyasi fəalların həbsinə və təqibinə son qoyulsun və həbsdə olan jurnalistlər azad edilsin. Əks təqdirdə Avropa İttifaqı ilə Bəhreynin əməkdaşlıq əlaqələri məhdudlaşacaq. Səfir məktubu ölkə rəhbərliyinin diqqətinə çatdıracağını bildirib.

Tarix
2019.08.17 / 19:14
Müəllif
Axar.az
Digər xəbərlər

İsrail səfirliyi Azərbaycan xalqını təbrik etdi

Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım etdi

Bayramov BMT TŞ-nin açıq debatında çıxış etdi

Ceyhun Bayramov kubalı həmkarı ilə görüşdü

Bayramov pakistanlı həmkarı ilə görüşdü

“Arvad”dan hürkən deputata ər cavabı

Vuçiçdən Əliyevə: Serbiya buna tam sadiqdir!

Azərbaycanın mövqeyini yüksək qiymətləndiririk

İsveçrə prezidenti Azərbaycan liderini təbrik etdi

İran və Azərbaycan daim bir-birinin yanındadır - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla