Yuxarı

Hazırlıq gedir: Putinin yerinə yeni lider – Analiz

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Böyük yeddilik" toplantıları zamanı yekdil qərarlar qəbul olunmur, sənədlər imzalanmır.

Axar.az xəbər verir ki, bu sözlər “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində öz əksini tapıb. Analizdə Rusiyanın ABŞ tərəfindən G7 zirvə görüşünə dəvət edilməsi məsələsinə diqqət çəkilib:

“Bəlkə də elə bu səbəbə görə ABŞ Prezidenti Donald Tramp “Böyük yeddiliy"in toplantılarına maraq göstərmir. Tramp ikitərəfli görüşlərə və razılaşmalara üstünlük verir. Təsadüfi deyil ki, müşavirləri Trampı Fransaya getməyə güclə məcbur ediblər.

G7 liderləri Fransada bir çox mövzuda fikir mübadiləsi aparıblar. Ancaq ən çox danışılan mövzu Rusiyanın “Böyük yeddiliy"ə” qatılıb-qatılmaması məsələsidir. Daha əvvəl Rusiya Prezidenti Vladimir Putinlə görüşən Fransa dövlət başçısı Emmanuel Makron Rusiyanın G8-ə qayıtması gərəkdiyini dilə gətirmişdi. Tramp da bunu istəyir, lakin digər ölkələrin bir qismi ya buna etiraz, ya da tərəddüd edirlər. Etirazlara baxmayaraq, Donald Tramp gələn il Putini ABŞ-da keçiriləcək G7 toplantısına dəvət etməkdə israrlıdır.

Liberal dəyərləri bölüşməyən Rusiyanın G8-ə qayıtması mümkün olsaydı, gərək iqtisadiyyatı G7 ölkələrinin bir çoxundan böyük olan Çin də bu zirvə toplantısına qatılardı. Elə məsələ də Çinlə bağlıdır. Rusiyanı Çindən uzaqlaşdırmağa çalışırlar. Qərbdə Rusiyaya qarşı sərt sanksiyalar tətbiq olunsa da, Çindən daha çox ehtiyat edirlər”.

Təhlildə liberal dəyərlərin Rusiya kimi ABŞ-ın da marağında olmadığı qeyd edilib:

“Putin İngiltərə mətbuatına son müsahibəsində dedi ki, liberal dəyərlər məhv olub və bu dəyərlər onun üçün maraqlı deyil. Tramp üçün də liberal dəyərlər əsas deyil, vacib olan Putinlə təmas imkanlarını itirməməkdir. Tramp üçün Rusiyaya gedib Putinlə görüşmək və ya rusiyalı həmkarını Vaşinqtona rəsmi səfərə dəvət etmək problematikdir. Bu halda Trampın ölkədaxili rəqibləri fəallaşacaqlar. Ancaq G7-nin 2020-ci il toplantısı çərçivəsində Putinlə görüş və fikir mübadiləsi Trampa böyük problem yaratmaz. Ona görə də Tramp Rusiyanı G7-yə qaytarmaq istəyir”.

Mərkəzin təhlilində Qərbin Rusiya ilə dialoq imkanlarını açıq saxlamaq istədiyi vurğulanıb:

“Çünki düşünürlər ki, Rusiyanı özlərindən daha uzaqda tutsalar, bu, Moskvanın daha sərt siyasət yürütməsinə və Çinlə daha sıx tərəfdaşlığa sövq edir. Bu isə Qərbin maraqlarına ziddir.

Qərbdə anlayırlar ki, Putinin mövqeləri getdikcə zəifləyəcək və Rusiyada növbəti liderlə normal münasibətlər qurmaq üçün indidən prosesə başlamaq lazımdır”.

Qeyd edək ki, avqustun 24-də Fransanın Biarrits şəhərində dünya ÜDM–nin 40 faizini təmsil edən Almaniya, Kanada, ABŞ, Fransa, İtaliya, Yaponiya və Birləşmış Krallıq kimi 7 böyük dövlətin (G7) rəhbərlərinin 45-ci sammiti başlayıb.

Tarix
2019.08.26 / 16:36
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

COP29-un bağlanış iclası keçirilir - Canlı

Brandon COP29-dan danışdı: Sərfəli olmayan razılaşmadansa...

Paşinyanın sülh istəyi: Bir aya saziş ola bilər?

İlham Əliyevdən Naxçıvanla bağlı yeni qərar

ABŞ iqlim maliyyələşməsindən yayınır - Edou

Prezidentdən qərar: Bu agentlik ləğv olunur

İlham Əliyev fərman imzaladı

Berbok Bakıda, görün, nələrlə məşğuldur – İnanılmaz

Prezidentdən hərbi xidmətə çağırışla bağlı - Sərəncam

Milli Məclisdən Paşinyana cavab: Bu, ərazi iddiasıdır!

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla