Yuxarı

Quterreşdən G7 liderlərinə SOS: Atmosfer məhv olur

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Quterreşdən G7 liderlərinə SOS: Atmosfer məhv olur

Atmosferdə karbon qazının səviyyəsi ən yüksək həddə çatıb.

Axar.az xəbər verir ki, bunu BMT katibi Antonio Quterreş G7 sammitində çıxışı zamanı deyib. Baş katib atmosferdə belə həddə karbon qazının sonuncu dəfə 3-5 milyon il əvvəl meydana gəldiyini söyləyib. Quterreş 2019-cu ilin iyulunun tarixin ən isti ayı olduğunu bildirib. O, həmçinin, 2015-2019-cu illərin meteomüşahidə tarixinin ən isti dövrü ola biləcəyini deyib.

Qrenlandiyada buzların sürətlə əridiyini deyən Quterreş təkcə iyul ayında adada 179 milyard ton buzun əridiyini bildirib. O, Sibir, Alyaska, Kanada, Qrenlandiya və Amazoniyada olan meşə yanğınlarının atmosferə onlarla meqaton karbon qazının yayılmasına səbəb olduğunu vurğulayıb.

“Bütün baş verənlər fövqəladə iqlim vəziyyəti adlanmalıdır. İqlim Dəyişiklikləri üzrə Hökumətlərarası Qrupun ekspertləri qeyd edirlər ki, biz gərək 2050-ci ilə qədər karbon qazının havaya buraxılmasını sıfıra endirək”, - Quterreş bildirib.

Tarix
2019.08.27 / 10:01
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

DOST Agentliyinin Müşahidə Şurası iclas keçirdi

AB Şurasının üzvləri Şuşada - Foto

Bunlar dünyanın iki supergücüdür, üçüncüsü yoxdur!

Biz özümüzə hörmət edən insanlarıq - Prezident

Bizə qarşı olan bir zərbəyə 10 zərbə qaytarırıq...

Təhlükəsizlik üçün 9 milyard manat ayrılacaq

Prezident onu Bakı cəlladı adlandırdı

Ravvinlərin Ərdoğana duası, Türkiyə və İsrailin gizli əlaqələri

Ermənistanda saxlanılan əsgərimiz həbs edildi

Cəbrayıl ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla