Yuxarı

Bir gecə qəflətən gələcəyik - Ərdoğan

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bir gecə qəflətən gələcəyik - Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisinin payız sessiyasının açılışında bəyan edib ki, Ankara Suriyada təhlükəsizlik zonasını müstəqil yaradacaq.

Axar.az xəbər verir ki, dövlət başçısı Fəratdan Dəcləyə qədər olan ərazinin şərqində bufer zonanın yaradılması məsələsində sərbəst hərəkət edəcəyini qeyd edib.

“Türkiyənin artıq bu məsələdə itirəcək bir günü belə yoxdur. Öz yolumuza davam etməkdən başqa çarəmiz qalmadı. Bir gecə qəflətən gələ bilərik”, deyə R.T.Ərdoğan vurğulayıb.

Prezident Ərdoğan qonşu ölkəyə qoşun yeridilməsinin səbəbini də açıqlayıb. O deyib:

“Türkiyənin Suriyaya müdaxiləsinin yeganə səbəbi təhlükə mənbəyinin aradan qaldırılması və humanitar dəhlizin yaradılmasıdır. Biz Suriya vətəndaşları üçün dinc həyatın təmin edilməsini istəyirik. Türkiyə sonsuzadək milyonlarla suriyalı qaçqına sığınacaq vermək niyyətində deyil. Onların hamısı sonunda öz vətəninə qayıtmalıdır”.

Türkiyənin dövlət başçısı qaçqınların təhlükəsiz şəkildə öz evlərinə qayıtmasına şərait yaradılmasını Ankaranın əsas vəzifələrindən biri adlandırıb.

Tarix
2019.10.01 / 18:30
Müəllif
Axar.az
Digər xəbərlər

Həsrətə son qoyuldu, bu, misilsiz bir duyğudur - PA rəsmisi

Bakıda keçirilən dünya çempionatı başa çatdı - Video

Şuşanın azad olunmasından 6 il ötür

Azərbaycanda Zəfər Günü qeyd olunur

Simonyan: Ruslara dedim, müharibəni dayandırın, biz qardaşıq

Paşinyandan etiraf: İlham Əliyevlə söhbətlər zamanı…

Ərdoğan sabah Qarabağa gəlir

Azərbaycanla bağlı qürur hissi keçirirəm - Süleymenov

Prezident Qarabağ müharibəsindən görüntülər paylaşdı

Prezidentdən Qarabağa səfərlə bağlı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla