Yuxarı

Avropa ölkəsi irqçiliyə qarşı mübarizəni gücləndirir

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliyada irqçiliklə mübarizədə uğur qazanmaq üçün stadionlarda azarkeşlərin davranışlarına nəzarət edəcək idmanda irqçilik əleyhinə müşahidə məntəqəsi 2020-ci il martın 21-də fəaliyyətə başlayacaq. Həmin gün dünyada irqi ayrı-seçkiliyin ləğvi uğrunda Beynəlxalq Mübarizə Günü kimi qeyd olunur.

Axar.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə İtaliya Nazirlər Kabinetinin Ümummilli ayrı-seçkiliklə mübarizə idarəsinin (UNAR) rəhbəri Triantafilos Lukarelis ölkə futbolunda yaşanan bir sıra qalmaqallardan sonra deyib.

O, ANSA agentliyinə açıqlamasında futbolçular və məşqçilər assosiasiyaları ilə ilk görüşün keçirdiyini və həmin qurumların bu təklifə müsbət rəy verdiklərini söyləyib. T.Lukarelis İtaliya futbolunda irqçilik qalmaqalları arasında bu yaxınlarda “İnter”in hücumçusu Romelu Lukakuya və “Milan”ın yarımmüdafiəçisi Frank Kessiyə qarşı azarkeşlərin meymun səsləri çıxarmalarını misal göstərib. Təəccüblüdür ki, hər iki hadisə ilə bağlı heç kim cəzalandırılmayıb.

Qeyd edək ki, İtaliya Futbol Federasiyası “Yuventus” ilə görüşdə yerli azarkeşlərin turinlilərin bosniya və herseqovinalı yarımmüdafiəçisi Miralem Pyaniçi “qaraçı” adlandırmalarına görə “Breşia” futbol klubunun tərəfdarlarını bir oyunluq cəzalandırıb.

Tarix
2019.10.09 / 19:57
Müəllif
Axar.az
Digər xəbərlər

General-polkovnik Xəlil Arslanova 17 il həbs verildi

İran Rusiyada kəşfiyyatı genişləndirdi: nə əldə etmək istəyir?

Diplomatlarımıza həbsdəki ermənilər barədə məlumat verildi

Azərbaycanla danışıqlar aparırıq, hazırıq - Mirzoyan

Hərbi qulluqçular arasında səmti müəyyənetmə yarışı keçirildi

Kurenkov Bakıya gəldi

Rusiya Azərbaycanla qarşıdurmaya girsə... - Tsaryov

Diplomatlar ADA-da toplandı - Müşavirə

Bakı-Moskva münasibətləri gərginləşdi – Zatulin “aktivləşdi”

Peskov: Rusiya Azərbaycanda onları müdafiə edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla