Yuxarı

"Mixail Qorbaçov qorxunc cinayətlərin müəllifidir" - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"1990-cı il yanvarın 20-də - 25 il əvvəl Qorbaçov ordusu Bakıya soxuldu. Onun niyyəti terror yolu ilə azərbaycanlıların azadlıq və müstəqillik iradəsini qırmaq idi. Həmin faciədə içərisində qadın, uşaq və qocaların da olduğu onlarla insan öldürüldü. Bu, Azərbaycan xalqının tarixinə Qara Yanvar kimi oldu. Buna görə də biz bu gün kədərlənirik və tarixin bir parçasına çevrilən həmin insanlar üçün dua edirik".

ANS-in məlumatına görə, bu sözləri Rusiya İslam Komitəsinin sədri, ilahiyyatçı, politoloq Heydər Camal deyib. O, həmçinin qeyd edib ki, 20 yanvar faciəsi sovet tarixində cinayətlər zəncirinin sonu oldu.

Heydər Camal SSRİ-nin ilk və yeganə prezidenti Mixail Qorbaçov haqqında da danışaraq onu qorxunc cinayətlərin müəllifi adlandırıb.

"O da bütün sovet rəhbərləri kimi siyasətçi deyildi. Onlar öz vəzifələrini və məsuliyyətini dərk edə bilməyən, istənilən addımı atmaqdan, ən əsası isə kapitalist dünyasız qalmaqdan qorxan aciz, qanmaz adamlar idilər. Onlar sözdə kapitalizmlə mübarizə aparırdılar. Əslində isə onlar bu kapitalist dünyanın dağılmasından çox qorxurdular. Buna görə də onlar kapitalizmə qalib gəlməmək üçün sosializmi məğlub olmağa məcbur etdilər", - deyə politoloq əlavə edib.

Tarix
2015.01.25 / 12:11
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Foto

Kupman Cənubi Qafqazdan sonra Türkiyəyə gedir

Mehriban Əliyeva xristian icmasını təbrik etdi

Baxçalı “Əhməd Cavad" Şərəf Medalı ilə təltif olundu

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla