Yuxarı

Krala görə bayraqlar endirildi: aləm qarışdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyada hökumət binaları ilə Bukingem Sarayında Səudiyyə Kralı Abdullah bin Abduləziz Əl Səudun vəfatı ilə əlaqədar dövlət bayraqlarının endirilməsi siyasətçilərin kəskin tənqidinə tuş gəlib.

Report xəbər verir ki, vəliəhd şahzadə Çarlz və Baş nazir Devid Kemeronun Kral Abdullahın yas mərasimində iştirak etmək məqsədi ilə Səudiyyə Ərəbistanında olduqları bir vaxtda Britaniyanın daxilində dövlət bayraqlarının endirilməsi qərarı birmənalı qarşılanmayıb.

Bir sıra tanınmış siyasətçilər və insan haqları müdafiəçiləri "ifadə azadlığını və qadınların hüquqlarını kobud şəkildə pozan, İslam ekstremizinə rəvac verən bir ölkənin" rəhbərinə bu qədər ehtiram göstərilməsinin başa düşülmədiyini bildiriblər.

Şotlandiya mühafizəkarlarının lideri Ruth Davidson bayraqların endirilməsini "ikrah hissi doğuran cəfəngiyyat" adlandırıb.

Millət vəkili Duqlas Karsvel isə deyib ki, bayraqların endirilməsi "hökumət binalarında oturanların mənəviyyatsızlıq dəyərlərinin Britaniya ictimai dəyərlərindən fərqli olduğunu göstərir".

Qeyd edək ki, baş nazirin iqamətgahı, parlament binası və Vestminister Abbatlığı üzərində də dövlət bayraqları endirilib.

Tarix
2015.01.25 / 13:28
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla