Yuxarı

Türkiyə Dini İşlər komitəsindən internet fitvası

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Cümhuriyyəti Diyanət İşləri Başqanlığı internetdən proqram, kitab, musiqi endirmə və bunları istifadə etmənin dinə görə caiz sayılmadığını, bunun başqasının əməyini oğurlamaq olduğunu bildirib.

Axar.az xəbər verir ki, Diyanət İşləri Başqanlığına tez-tez yönləndirilən "İnternetdən proqram, kitab, musiqi və bu kimi şeylər yükləmək, istifadə etmək halaldırmı?" sualına Dini İşlər üzrə Ali komitə fitva ilə cavab verib.

Fitvada bunlar qeyd edilib:

"İnternetdən kitab, musiqi, proqram və bu kimi şeylər endirmək caiz deyil. Bu məsuliyyət haqq sahibinə əvəzi ödənmədikcə və ya halallığı alınmadıqca ortadan qalxmaz. İslam əməyə böyük dəyər verir, haqsız qazanca qarşı çıxır. Qurani-Kərimdə insan üçün ancaq üzərində əziyyəti olduğu şeylər halal hesab olunur. Texnologiyanın inkişaf etdiyi, insan əməyinin çox dəyişik şəkil və mühitlərdə təzahür etdiyi müasir dövrümüzdə belə əmək pozuntuları tez-tez baş verir. Bu cür haqq pozuntuları elektron və kompüter dünyasında da yaşanmaqdadır. Buna görə də əmək məhsulu olaraq internetdə olan hər hansı proqram, kitab və musiqini sahibinin icazəsi olmadan yükləmək caiz deyil".

Tarix
2015.01.28 / 01:32
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

Azərbaycanda qarşı “cəza” kampaniyasını, görün, kim aparır

Paşinyanı Bakıya dəvət etmək olar - Deputat

Prezidentin Slovakiyanın baş naziri ilə görüşü başladı

Milli Məclisin iclası başladı

Libbi Şuşaya niyə getdi? Millerdən ermənilərə cavab - Video

Azərbaycanı Naxçıvanla birləşdirəcək yol - Yeni video

Kilsə Paşinyanı devirə biləcəkmi? – Şərh

Babayev və Overçuk COP29-a hazırlığı müzakirə etdi

Almatı görüşündən nələr gözlənilir? - Markedonov

Rus hərbi texnikaları Xocalıdan çıxdı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla