Yuxarı

“İranın dollardan imtinası özünə zərbədir”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İranın ABŞ dollarından imtina etməsi tamamilə siyasi xarakter daşıyır".

Bu sözləri Axar.az-a açıqlamasında Avropa Birliyinin Vətəndaş Cəmiyyəti Forumunun həmsədri, iqtisadçı alim Vüqar Bayramov İranın xarici ölkələrlə olan iqtisadi əlaqələrdə ABŞ dollarından imtina etməsi xəbərini şərh edərkən deyib.

O, bu məsələyə münasibət bildirərkən İranın hazırda tutduğu mövqeyin heç bir iqtisadi səbəblə bağlanmadığını vurğulayıb.

"İranın ABŞ dollarından imtina etməsi uzunmüddətli dövr üçün nəzərdə tutulmayıb. Nəzərə almalıyıq ki, İran enerji ölkəsidir. Neftin, qazın dollara deyil, digər valyutalara satılması iqtisadi baxımdan heç də müsbət dəyərləndirilə bilməz.

Hər bir dövlət çalışır ki, onun ölkəsinə daha çox valyuta daxil olsun. Bu aspektdən İranın ABŞ dollarından imtina etməsi iqtisadi səbəblərdən izah edilə bilməz. Və düşünürəm ki, bu vəziyyət uzun müddətli deyil.

İqtisadi baxımdan İranın daima dollara ehtiyacı var. Dollar İranın valyuta rezervlərinin formalaşdırması və genişləndirilməsi baxımından əhəmiyyətlidir.

Bu baxımdan onun dollardan imtina etməsi birmənalı şəkildə iqtisadiyyatına ciddi zərbə ola bilər. İran xarici hesablaşmalarda dollardan imtina edibsə, bu, tamamilə siyasi xarakter daşıyır".

Tarix
2015.01.28 / 08:15
Müəllif
Nigar Məmmədova
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla