Yuxarı

Bu ölkələr razılaşdı: Vahid bazar yaradılır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Albaniya, Şimali Makedoniya və Serbiyanın dövlət başçıları Oxrid gölü sammitində üç ölkə arasında vahid bazarın yaradılması barədə razılığa gəliblər.

Axar.az xəbər verir ki, Albaniyanın Baş Naziri Edi Rama, Şimali Makedoniyanın Baş Naziri Zoran Zayev və Serbiyanın Prezidenti Aleksandr Vuçiçin bir araya gəldiyi görüşdə irəli sürülən bu fikir A.Vuçiçə aiddir. Prezident bu ideyanı “son 30 ildə Balkanlar üçün alınmış ən yaxşı qərar” olaraq adlandırıb. O vurğulayıb ki, bu ölkələr Avropa İttifaqına üzv olmaqda iddialıdır. Serbiya özü 2014-cü ildə birliyə üzv olmaq üçün danışıqlara başlayıb.

Vahid bazar fikri 2021-ci ildə insanların və ticarətin azad hərəkətini təmin etməyə yönəlib. Bosniya və Herseqovina, Monteneqro və Kosovo da layihəyə üzv olmağa dəvət olunub. İlk iki ölkə görüşə nümayəndələrini göndərsələr də, Kosovo belə bir təşəbbüsdə olmayıb.

Sözügedən təşəbbüs reallaşarsa Albaniya, Şimali Makedoniya və Serbiya vətəndaşları bu üç ölkəyə yalnız şəxsiyyət vəsiqəsi ilə səfər edə biləcəklər. Həmçinin bu ölkələrin birindən viza almış xarici turist də eyni üstünlükdən istifadə edə biləcək.

Bununla bağlı növbəti görüş cari ilin sonunda Albaniyada planlaşdırılıb.

Tarix
2019.11.11 / 21:21
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Daha bir istiqamətdə ermənilərin mövqeləri sökülür

İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla