Yuxarı

Çeçen general öldürüldü: Ukrayna pəjmürdə

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çeçen general öldürüldü: Ukrayna pəjmürdə

Cövhər Dudayev batalyonunun komandiri, general İsa Munayev onlarla ukraynalının həyatını xisal edərkən həlak olub.

Axar.az xəbər verir ki, bu barədə "Kiyev-2" batalyonunun döyüşçüsü, Dudayev batalyonu ilə əməkdaşlıq edən Amina Okuyeva bildirib.

O, Prezident Poroşenkoya müraciətində generalın şərəfli bir ömür yolu keçdiyini vurğulayır:

"Bütün döyüşlərdə o, öndə gedirdi və hamını arxasınca aparırdı. Çeçen-İçkeriya respublikasının briqada generalı İsa Munayev birinci və ikinci çeçen müharibəsini şərəflə keçmişdi, amma Ukraynanın azadlığı uğrunda savaşda qəhrəmanlıqla həlak oldu".

Müraciətdə Okuyeva general Munayevin Ukraynanı sevdiyini bildirir və Poroşenkodan ona vətəndaşlıq verilməsini xahiş edir:

"O, Ukraynanı sevirdi və azadlıqsevət Ukrayna xalqı ilə fəxr edirdi".

Onun ölümündən sonra "Azadlıq ordeni" ilə təltif olunması xahiş edilən müraciətdə bildirilir ki, Çeçenistanın daxili işlər naziri, Qroznının hərbi komendantı, çeçen ordusunun cəbhədə idarəedicisi olan İsa Munayev müxtəlif yüksək mükafatlara layiq görülüb:

"O, dünyada tanınan və hörmət edilən bir insan idi, öz rahat həyatını qoyub, Ukrayna xalqına kömək etmək üçün bizim ölkəmizə gəldi".

Qeyd edək ki, Munayev 2014-cü ilin yayında Ukraynaya gəlmişdi. Burada Cövhər Dudayev adına sülhməramlı beynəlxalq batalyon yaradan general Ukraynanın azadlıq və müstəqillik uğrundakı döyüşlərində ukraynalılara yardım edirdi.

Tarix
2015.02.02 / 22:44
Müəllif
Təhminə C.B.
Digər xəbərlər

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

Türkiyə dərsliyində Azərbaycan şəhəri haqda bu ifadə... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla