Yuxarı

Keçmiş məmur ömürlük azadlıqdan məhrum edildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Keçmiş məmur ömürlük azadlıqdan məhrum edildi

Çin Milli Enerji Administrasiyasının keçmiş sədri Nur Bekri korrupsiya ittihamı ilə aparılan cinayət işi üzrə təqsirli bilinərək ömürlük azadlıqdan məhrum edilib.

Axar.az xəbər verir ki, Şenyan şəhəri xalq məhkəməsi belə bir qərar çıxarıb. Qərara əsasən, Nur Bekri ömürlük siyasi hüquqlardan məhrum edilib və bütün şəxsi əmlakı müsadirə olunub. Məhkəmənin gedişində keçmiş məmurun 1998-2018-ci illərdə müxtəlif vəzifələrdə çalışarkən səlahiyyətlərindən sui-istifadə etməklə, qeyri-qanuni yolla külli miqdarda vəsait əldə etdiyi sübuta yetirilib. Onun qanunsuz yola əldə etdiyi varidatın 79,1 milyon yuan (11,26 milyon ABŞ dolların) olduğu bildirilir.

Nur Bekri məhkəmə prosesində ittihamları qəbul edərək peşman olduğunu bildirib, qanunsuz yola əldə etdiyi əmlakı dövlətə təqdim edib. O, apellyasiya şikayəti verməyəcəyini deyib.

Qeyd edək ki, Çin Kommunist Partiyasının İntizam Komissiyası və Milli Nəzarət Komissiyası ötən ilin sentyabrında keçmiş məmur haqqında qanun pozuntularına yol verilməsi ilə əlaqədar təhqiqata başlayıb. Bu ilin martında isə o, partiya sıralarından və vəzifəsindən uzaqlaşdırılıb. Nur Bekri Çin Milli Enerji Administrasiyasının sədri vəzifəsindən əvvəl Milli İnkişaf və İslahat Komissiyasının sədr müavini, Sincan Uyğur Muxtar Rayonu hökumətinin sədri, Urumçi şəhərinin meri vəzifələrində çalışıb.

Tarix
2019.12.02 / 21:12
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevin bu təklifləri müsbət qiymətləndirilib - Tumasyan

Sabah Ermənistana Azərbaycan vasitəsilə buğda göndəriləck

TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

Prezidentin bu fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir

Xankəndi, Ağdərə və Xocalı ilə Kluj-Napoka arasında əlaqələr...

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

Ermənistana 20 vaqon buğda göndərildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla