Yuxarı

Ortaylı Nobeldən danışdı: Mükafatlarımızı vermirlər

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ortaylı Nobeldən danışdı: Mükafatlarımızı vermirlər

Təəssüf ki, böyük bir ədəbiyyat mükafatı qəsəbəliləşib. Bu səbəbdən ona verilən mükafatın bir dəyəri olmaz.

Axar.az xəbər verir ki, bu sözləri tanınmış türkiyəli tarixçi, professor İlbər Ortaylı avstriyalı yazıçı Peter Handkeyə Nobel mükafatı verilməsi barədə danışarkən deyib. O, Türkiyənin Nobel mükafatlarında layiq olduğu dəyəri görmədiyini bildirib:

“Nobeli Əziz Sancara yeni veriblər, çoxdan almağımız lazım idi. Bunu yerlisi, yadı hər kəs söyləyir. Xeyli sayda tibb mükafatımız olmalı idi. Adamlar vermir, bu qədər bəsitdir. Bu işin ədəbiyyat hissəsi də belədir”.

İ.Ortaylı Nobel mükafatlarına ideoloji baxımdan yanaşıldığını söyləyib:

“Ədəbiyyat mükafatları təəssüf ki, müəyyən bir dünyanın müəyyən bir düşüncəsinə görə verilir. Məsələn, qətliam deyiləndə ancaq xristianlara qarşı törədilən qətliamlardan söhbət gedir. Bəzi şeyləri toplum olaraq gözardı edəcəyik. Bəyənmədiyiniz mükafata adı Nobel belə olsa, fikir verməyəcəksiniz. Hər il verilən mükafat onsuz da yaxşı olmayacaq. İnsanlıq hər il ədəbiyyat yaradacaq qədər bərəkətli deyil. Fikir verməyib biganə qalacaqsınız, bu da bir siyasətdir”.

Qeyd edək ki, Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla, bir sıra Türkiyə rəsmisi ədəbiyyat üzrə Nobel mükafatına Bosniya soyqırımını inkar edən Peter Handkenin layiq görülməsini kəskin tənqid edərək bunu soyqırımın təbliği kimi qiymətləndiriblər.

Tarix
2019.12.14 / 21:44
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

Ermənistanda TRİPP layihəsinin icrası müzakirə olundu

Azərbaycan və Estoniya siyasi məsləhətləşmələr keçirdi

Heç bir dövlət bu prosesdən kənar qala bilməz - Əli Nağıyev

Prezident və xanımı Şamaxıda açılışda... - Foto

Ərdoğanın müşaviri açıqladı: Öcalana vəzifə verildi

Biz birgə səylərlə çalışmalıyıq ki, TDT... - İlham Əliyev

Azərbaycanla Türkiyənin birgə fəaliyyəti... - Prezident

BMT sistemi normal fəaliyyət göstərsəydi... - Prezident

“Qərbi Azərbaycan” ritorikası ciddi təhdiddir - Paşinyan

Prezident onları qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla