Yuxarı

Erməni lobbisi Qarabağa görə ABŞ-a mane olur

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Erməni lobbisi Qarabağa görə ABŞ-a mane olur

ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllində lazımi maraq nümayiş etdirmir, çünki bu, erməni lobbi təşkilatları ilə ciddi problemlərə gətirib çıxara bilər.

Bunu Trend-ə isveçli alim, Təhlükəsizlik və İnkişaf Siyasəti İnstitutunun (İSDP) həmtəsisçisi və direktoru, Mərkəzi Asiya və Qafqaz İnstitutunun və "İpək yolu" araşdırmalar Proqramının araşdırmalar üzrə direktoru Svante Kornell bildirib.

Analitikin sözlərinə görə, iki il əvvəl ABŞ dövlət katibi Con Kerri vəzifəsinin icrasına başlayanda qeyd etdi ki, münaqişənin həlli ABŞ üçün prioritet məsələlərdən biridir, amma o zamandan dünyada çox şey dəyişib: "Suriya məsələsi, Ukrayna böhranı və bir çox başqa problemlər yaranıb. Biz görürük ki, ABŞ son vaxtlar Fələstin-İsrail münaqişəsinə böyük diqqət ayırır".

Onun sözlərinə görə, ABŞ bir neçə səbəbdən Qarabağ münaqişəsinin həll olunmasını istəmir. Onlardan biri siyasi səbəbdir: "Çoxları zənn edirlər ki, münaqişəni həll etmək çox çətindir, uğur şansı çox azdır, amma uzun zaman, pul və səy tələb olunur. Həmçinin, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ciddi səylərin olması ilə bağlı narahatlıq var, bir çoxlarına isə bu problemlər lazım deyil".

Tarix
2015.02.11 / 10:34
Müəllif
Axar.az
Digər xəbərlər

Ukraynanın kütləvi hücumunun “2 səbəbi”...

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

Ceyhun Bayramov ABŞ-a yollandı

XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla