Yuxarı

İraq: “ABŞ-dan İŞİD-ə qarşı dəstək istəməmişik”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İraq: “ABŞ-dan İŞİD-ə qarşı dəstək istəməmişik”

ABŞ Prezidenti Barak Obama İŞİD-lə aparılan gərgin mübarizədə zonaya hərbi qüvvə göndərmək üçün Konqresdən razılıq istəyib.

Axar.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İraq Xarici İşlər naziri İbrahim əl Cəfəri İraqın ABŞ-dan belə bir tələbinin olmadığını bildirib.

Xarici İşlər naziri avstraliyalı həmkarı Culi Bişopla ortaq mətbuat konfransında "Biz ABŞ-dan yerüstü əməliyyatlar üçün dəstək istəməmişik. Hazırda İŞİD-ə qarşı bu tipli hərbi əməliyyat keçirmək planımız yoxdur", - deyə bildirib.

Nazir mətbuat konfransındakı çıxış zamanı İraq hərbi qüvvələrinin İŞİD-ə qarşı aparılan yerüstü əməliyyatlarda çətinlik çəkmədiyini də fikirlərinə əlavə edib:

"İraq ordusu quru əməliyyatlarında İŞİD üzərində üstünlük əldə edir. Bu səbəbdən BMT-dən edilən tələblərin arasında quru əməliyyatları üçün dəstək tələbimiz olmayıb".

Tarix
2015.02.12 / 21:07
Müəllif
Natiq Azəri
Digər xəbərlər

“Qurdlar Vadisi”nin ssenaristləri 2,5 saat ifadə verdilər

"Sülh Körpüsü" erməni mediasının bu mövqeyini pislədi

İlham Əliyev 500 min dollarlıq mükafatı bu fonda ayırdı

Bakıda 12 yaşlı uşaq "Roblox"a görə binadan özünü atdı

Ermənistanı Aİİ-dən çıxarmaq mümkün deyil - Rubinyan

İlham Əliyev Nəhyanla görüşdü, sənədlər imzalandı

Tiktokda ödəniş sistemlərini təqlid edən saytlar aşkarlandı

DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker həbs olundu

Razılaşma: Zəngəzurdan Naxçıvana keçid necə olacaq?

Hakan Fidan Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla