Yuxarı

İranda qəzaya düşən təyyarənin pilotu nədə səhv edib? - Xanımı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İranda qəzaya düşən təyyarənin pilotu nədə səhv edib? - Xanımı

8 yanvar tarixində Tehran yaxınlığında qəzaya uğrayan Ukraynaya məxsus “Boinq” təyyarəsinin pilotunun xanımı maraqlı açıqlamalar verib.

Axar.az xəbər verir ki, “Strana” portalına müsahibəsində pilot Vladimir Qaponenkonun xanımı Yekaterina həmin gün qəribə hadisələr baş verdiyini deyib.

Onun sözlərinə görə, 8 yanvarda içində çox pis hiss olub, kiçik qızı isə yuxudan atasının öldürüldüyü haqda yuxuya oyanıb.

Evdə həmin gün gözlənilmədən saat da dayanıb.

“Ona 50 illiyi ilə bağlı saat hədiyyə etmişdilər. Lap yaxında, 20 dekabrda 50 illik yubileyini keçirəndə”, - xanımı deyib.

Pilot xanımı diqqəti daha bir məqama çəkib:

“Uçuşdan əvvəl birgə foto çəkdirmək olmaz. Ona görə yox ki, qəti qadağandır, ona görə ki, olmaz – belə qəbul olunub. Uçuşdan sonra çəkdirmək olar. Ancaq onlar İranda uçuşdan öncə birgə foto çəkdiriblər”.

Qeyd edək ki, Ukraynaya məxsus sərnişin təyyarəsinin Tehran yaxınlığında 8 yanvarda qəzaya uğraması nəticəsində 176 nəfər sərnişin və ekipaj üzvünün hamısı ölüb. Ölənlərin əksəriyyəti İran vətəndaşıdır. laynerin qəzasına səbəb kimi İran hava qüvvələrinin səhvən sərnişin təyyarəsini vurması versiyası gündəmdədir.

Tarix
2020.01.11 / 00:15
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyandan etiraf: İlham Əliyevlə söhbətlər zamanı…

Ərdoğan sabah Qarabağa gəlir

Azərbaycanla bağlı qürur hissi keçirirəm - Süleymenov

Prezident Qarabağ müharibəsindən görüntülər paylaşdı

Prezidentdən Qarabağa səfərlə bağlı - Video

Bu, türk dünyasının başını ucaltdı - Video

Şərifdən İlham Əliyevə: Sizi səbirsizliklə gözləyirik!

XİN-dən 8 Noyabrla bağlı - Bəyanat

Maohi Nuidə təbii sərvətlər üzərində suverenlik elan olundu

Bu, Bakı-İrəvan əlaqələrinin inkişafı üçün... - ABŞ diplomatı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla