Yuxarı

Ölkəni silkələyən “Meqsit”: kral ailəsində nələr olur?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

2017-ci il noyabrın 27-də bütün dünyanın gözü Böyük Britaniyaya – Bukingem sarayına zillənmişdi. Kral ailəsinin ən nadinc, kaprizli, ərköyün üzvü Şahzadə Harri özündən 3 yaş böyük, dul, mulat aktrisa ilə nişanlandı.

Britaniya mətbuatı xanımın sahib olduğu xüsusiyyətlərə görə kral ailəsinə yaraşmadığını, Kraliça Elizabetin bu izdivacdan narazı olduğunu yazdı, amma bu, heç nəyi dəyişmədi. Cütlük 2018-ci ilin may ayında evləndi. Şahzadə Uilyam və Ketrin Middltonun toyundan fərqli olaraq, bu mərasimdə ölkə rəsmilərinin çoxu, o cümlədən, baş nazir iştirak etmədi.

Kral ailəsinin üzvü olduqdan sonra Meqana qoyulan qadağalar onu sıxmağa başladı. Ona aktrisalığa davam etmək, selfi çəkmək, sosial mediadan istifadə etmək, mini ətək və ya hündür platforma ayaqqabı geyinmək qadağan edildi. Meqan Markl həmçinin Britaniya və ABŞ mətbuatının hədəfinə çevrilirdi. Çoxları bunu Meqanın afroamerika qanı qarışığı olması ilə əlaqələndirirdi. Mətbuatın əlindən təngə gələn cütlük “San”, “Nyuz of de Vörld” və “Deyli Mirror” nəşrlərini məhkəməyə verdi. Proseslərin yorucu və qızğın olduğu bir vaxtda oğulları Arçini də götürüb Kanadaya getdilər.

Şahzadə Harri yaşadıqları vəziyyəti belə ifadə etmişdi: “Əvvəlcə anamı itirdim, indi də həyat yoldaşımın eyni güc mərkəzlərinə qurban getməsinin şahidi oluram”.

Kanadadan qayıtdıqda isə dünya mətbuatına bomba kimi düşən o xəbəri yaydılar: Şahzadə Harri və Meqan Markl İnstaqram vasitəsilə krallıq imtiyazlarından imtina etmək və maddi müstəqillik əldə etmək istədiklərini bildirdilər:

“Biz kral ailəsinin yüksək vəzifəli üzvlüyündən kənarlaşmaq və maddi cəhətdən müstəqil olmaq üçün çalışırıq. Bütün hallarda hər zaman Əlahəzrət Kraliçaya dəstək verəcəyimizə söz veririk”.

Açıqlamada cütlük Böyük Britaniyada deyil, ABŞ-da yaşamaq niyyətində olduqlarını bəyan ediblər. Britaniya mətbuatının yaydığı məlumata görə, bu qərar kraliça II Elizabeti çox qəzəbləndirib. Belə ki, Harri və həyat yoldaşı aldığı bu qərar haqda öncədən nə kraliçaya, nə də şahzadə Çarlza məlumat veriblər. Buna baxmayaraq, kraliça onların qərarına hörmət etdiyini bildirib.

Şahzadə Harrinin bu addımı xanımı Marklın təzyiqi ilə atdığını yazan Britaniya mətbuatı baş verənləri İngiltərənin Avropa Birliyindən ayrılması ilə müqayisə edərək yeni bir kinayəli termin yaradıb Meqsit (Breksitə uyğun).

“İ” qəzeti isə bu hadisəni 1936-cı ildən (VIII Edvardın taxtdan çəkildiyi tarix) bu günə kimi kral ailəsində yaşanan ən böyük böhran adlandırıb.

Cütlük yaxın gələcəkdə yeni bir xeyriyyə fondu yaradacağı və mətbuata açıqlama verəcəyini elan edib.

İngiltərə mətbuatı taxtın 6-cı varisi Harrinin 45 milyon dollar şəxsi büdcəsinin olduğunu iddia edir.

Xatırlayırsınızsa, Meqan və Harrinin “Sasseks Royal” markasını təsis etdikləri və qısa müddətdə təhsil kitablarından qəzetlərə, jurnallara və geyimlərə qədər geniş bir sahədə fəaliyyət göstərəcəkləri haqda məlumat yayılmışdı. Meqan Markl kral ailəsindəki öhdəlik və maddi imtiyazlardan imtina etdikdən dərhal sonra “Disney”lə müqavilə imzalayıb. Belə ki, hersoqinya yaxın gələcəkdə cizgi filmlərinin səsləndirilməsinə başlayacaq. Gənc cütlük yaxın gələcəkdə milyonlar qazanmağın yolunu tapıb və bu, onların kral ailəsinin imtiyazlarından belə asanlıqla vaz keçməsinin əsas səbəblərindən biridir.

Tarix
2020.01.14 / 09:07
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Digər xəbərlər

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

İlham Əliyevin Berlin səfəri başa çatdı - Foto

Ağdamda minalardan təmizləmə ilə bağlı iclas keçirildi

Əliyev və Şolts medianın suallarını cavablandırdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla