Yuxarı

ABŞ ordusunun təyyarəsi vuruldu: 83 nəfər... - Şok görüntü

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ ordusunun təyyarəsi vuruldu: 83 nəfər... - Şok görüntü

14:27

Əfqan Hava Yolları aviaşirkətinə aid sərnişin təyyarəsi Əfqanıstanın şərqindəki Qəzni bölgəsində qəzaya uğrayıb.

Axar.az xəbər verir ki, göyərtədə 83 nəfərin olduğu bildirilir.

Qəzni əyalətinin qubernatoru qəzanın Dix-Yak rayonunda baş verdiyini təsdiqləyib.

“Tolo Nyus” həmin ərazinin Talibanın nəzarətində olduğunu yazıb.

***

Əfqanıstanda qəzaya uğrayan təyyarə orduya aiddir.

Bu barədə "RİA Novosti" özəl mənbəyə istinadla məlumat yayıb.

***

Bazar ertəsi günü Əfqanıstanda qəzaya uğrayan təyyarə ABŞ hərbi hava qüvvələrinə məxsus ola bilər.

Bu barədə "Tolo Nyus" telekanalı məlumat yayıb. Təyyarənin mühərrikindəki tanınma nişanları onun ABŞ hərbi hava qüvvələrinə aid olduğunu göstərir.

Telekanalın qəza yerindən dərc etdiyi kadrlarda "Bombardier E-11" təyyarəsinin bir hissəsinin yandığı görünür. Bununla yanaşı, telekanal qeyd edir ki, videonun Qəzni əyalətindəki qəzaya aid olması rəsmən təsdiqlənməyib.

***

ABŞ ordusunun Əfqanıstandakı komandanlığı qəzaya uğrayan təyyarənin ABŞ-a məxsus olduğunu təsdiqləyib.

“ABŞ-a məxssus Bombardier E-11A bu gün Əfqanıstanın Qəzni əyalətində qəzaya uğrayıb”, - ABŞ ordunun rəsmi nümayəndəsi polkovnik Sonni Leqqett Tvitter səhifəsində bildirilib.

O həmçinin bildirib ki, təyyarəni taliblər vurub.

Detalların müəyyənləşdirildiyini vurğulayan polkovnik Talibanın daha bir təyyarəni vurması ilə bağlı yaydığı xəbəri təkzib edib.

Qeyd edək ki, bundan əvvəl "Ariana Afgian Airlines" qəzaya düşən təyyarənin onlara aid olmadığını bildirmişdi.

***

Taliblər vurduqları təyyarənin görüntüsünü yayıblar:

Tarix
2020.01.27 / 22:53
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

Paşinyan: Qarabağdan niyə qaçdınız? - Video

İrandan Azərbaycana təxliyə olunanların sayı...

Azərbaycan nümayəndə heyəti Tiflisə yollandı

İran təsəvvürləri alt-üst etdi: 4 min km uçan raket...

ABŞ İran neftinə sanksiyanı bir aylıq qaldırdı - Hansı məntiqlə?

İran müharibəsi: Azərbaycan “əsas dəhlizə” çevrilir...

Şovinist Rza Pəhləvinin olmayan “Ölümsüzlər” ordusu...

ABŞ-da İran üzrə peşəkarlar niyə işdən çıxarıldı?

Bu nazirin müavilərinin sayı 6-ya çatdı

Nazir müavini təyin edilən jurnalist oğlunun - Dosyesi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla