Yuxarı

Türkiyədə zəlzələ zamanı yaranan müəmmalı işıqların - Sirri

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyədə zəlzələ zamanı yaranan müəmmalı işıqların - Sirri

Bir neçə gün öncə Türkiyənin Elazığ şəhərində 6,8 bal gücündə baş verən zəlzələ zamanı meydana gələn güclü, parlaq işıqlar müxtəlif mülahizələrə səbəb olub.

Axar.az-ın məlumatına görə, məsələ ilə bağlı açıqlama verən Türkiyənin Doqquz Sentyabr Universitetinin Zəlzələ Araşdırmaları Mərkəzinin rəhbəri, professor Həsən Sözbilir həmin işıqlanmanın qayaların bir-birinə zəlzələ zamanı sürtünməsi nəticəsində əmələ gəldiyini deyib.

O bildirib ki, bu işıqlanmanın səbəbləri 2000-ci illərdən araşdırılır:

“Daha əvvəl qazların yerdən qalxdığı və suyun üzündə yandığı deyilirdi. Son araşdırmalarda isə bunu tam fərqli şəkildə şərh etdilər. Zəlzələ zamanı qayalar bir-birinə güclü şəkildə toxunur və elektrik sahəsi yaranır. Xüsusilə, kvars maddə olan qayalar işığı daha güclü əks etdirir”.

Qeyd edək ki, qardaş ölkənin Elazığ və Malatya şəhərlərində baş verən güclü zəlzələ ciddi tələfata və dağıntılara yol açmışdı.

Tarix
2020.02.03 / 09:00
Müəllif
Kamran Ədalət
Digər xəbərlər

İrəvan TRİPP-ə görə bu qanunu dəyişir

General qızının 3 ay öncəki davası - Video

Əliyevlə Ərdoğan Antalyada bunu nümayiş etdirdilər - Yılmaz

Yeni Konstitusiyanın qəbulu Ulu Öndərin adı ilə bağlıdır

Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım etdi

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla