Yuxarı

100 min miqrant bu ölkənin sərhədinə hücuma hazırlaşır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Macarıstandan cənubda, Serbiya sərhədi boyunca təqribən 100 min miqrant toplaşıb.

Axar.az xəbər verir ki, bunu Macarıstan Baş nazirinin dəftərxanasında dövlət xidmətlərinin işləri üzrə dövlət katibi Bentse Tujon fevralın 5-də M1 telekanalına müsahibəsində təşvişlə bildirib.

Dövlət məmuru deyib ki, cari ilin yanvarında ölkə ərazisinə qanunsuz daxil olmaq üçün 3400 cəhd göstərilib. O, bu yaxınlarda Roske rayonunda belə bir cəhdin qarşısının alındığını bildirərək əlavə edib ki, insident zamanı sərhədçilər sahmanlı və peşəkarcasına hərəkət ediblər.

Tujon onu da bildirib ki, bu yaxınlarda həmin rayonda patrul qüvvələrinin sayı iki dəfə artırılıb və əraziyə helikopterlərdən nəzarət olunur. Tujonun sözlərinə görə, Macarıstan öz sərhədlərini müdafiə etməklə yanaşı, Avropanın da sərhədlərini qoruyur. Aİ sərhədlərin mühafizəsi xərclərinin yalnız cüzi hissəsini öz üzərinə götürür və Macarıstan hökuməti əlavə yardım almaq xahişi ilə Brüsselə müraciət etmək niyyətindədir.

Tarix
2020.02.05 / 21:26
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla