Yuxarı

Çində virusla mübarizə aparan həkimlərin şok görüntüləri

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çində virusla mübarizə aparan həkimlərin şok görüntüləri

Çinin Uhan şəhərində koronavirusla mübarizə aparan həkim və aşağı tibbi personalın son görüntüləri dünyanı şoka salıb.

Axar.az Teleqraf.com-a istinadən xəbər verir ki, koronavirusun episentri olan Uhanda həkimlər virusun yayılmasını dayandırmaq üçün gecə-gündüz dayanmadan işləyirlər.

Çinli həkimlərin günlərlə üzlərindən çıxarmadıqları maskaların üzlərində açdığı yerləri, yorğunluq və halsızlıq yayılan fotolardan açıq şəkildə görünür.

Uhandakı tibbi heyətin bu fəaliyyətinə dair sosial şəbəkələrdə yayılan fotolar baxış rekordu qırıb.

Yerli media Uhanda virusun ən çox təsir etdiyi digər şəhər Hubeydə tibbi personalın gecə-gündüz işlədiyini və sutka ərzində oturmadığını xüsusilə qeyd edir. Çin mediasına görə, həkim və tibbi personal gün ərzində ya yatmır, ya da xəstəxanada tapa bildikləri ərazidə az müddət uzanırlar. Hətta dəhlizdə, döşəmə üzərində qısa müddətə yatan həkimlərə də rast gəlinir.

“Vaşinqton Post” qəzeti qeyd edir ki, koronavirusla mübarizə aparan tibbi personal tualetə getməyə vaxtı olmadığı üçün böyük insanlar üçün nəzərdə tutulan bezdən istifadə edirlər.

Virusa yoluxmamaq üçün həkim komandalarının istifadə etdiyi xüsusi geyim və maskalar iş yükünü daha da çətinləşdirir. Bütün günü, bəzən sutkalarla çıxarılmayan maskalar, saatlarla əyinlərində qalan paltarlar həkimlərin üzündə, bədənlərində iz buraxmaqla yanaşı, yaralara da səbəb olur.

Tarix
2020.02.06 / 10:54
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və BMT arasında mühüm müzakirə...

Bakıda Azərbaycan-AB Təhlükəsizlik dialoqu keçirildi

ABŞ və İran razılaşdı - Təcili

Prezident Əminə Məhəmmədi qəbul etdi

Britaniya kralı İlham Əliyevə təbrik ünvanladı

Dünya liderləri İlham Əliyevi təbrik edir

Əminə Məhəmməd Azərbaycana gəldi

Şərifdən Əliyevə: Ərdoğanla birlikdə Azərbaycanda olmaq...

Yeni Kaledoniya məsələsi Fransanın daxili işi deyil - Xaokas

Emmanuel Makron İlham Əliyevə zəng vurdu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla